Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 12 min 801 ədəd avtomobil idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
İlk səkkiz ayda qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 139 milyon 594 min dollar təşkil edib.
Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı ötən illə müqayisədə 6 min 921 ədəd və ya 2,17 dəfə çoxdur.
Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 101 milyon 752 min dollar dəyərində 5 880 ədəd avtomobil alıb.
“Marja”nın Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən yaydığı məlumata görə, 2019-cu ilin Yanvar- Avqust ayları ərzində (8 ayda) Azərbaycana 26 min 695 ədəd cəmi nəqliyyat vasitələri idxal olunub. Bu, 2018-ci ilin Yanvar-Avqust dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Belə ki, ötən ilin Yanvar-Avqust dövründə ölkəmizə 14 min 34 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda isə 3 min 721 ədəd nəqliyyat vasitəsi idxal edilib.
O cümlədən, 2019-cu ilin Yanvar-Avqust aylarında Azərbaycana 24 min 88 ədəd minik avtomobili, 246 ədəd avtobus, 2 min 262 ədəd yük avtomobili və 99 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Avqust dövründə 12 min 525 ədəd minik avtomobili, 100 ədəd avtobus, 1 332 ədəd yük avtomobili və 77 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 30 d. əvvəl
- 44 d. əvvəl
-
-
51 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib



























