Fed/Harker: Faizləri dəyişmək üçün səbəb yoxdur
ABŞ Mərkəzi Bankının Filadelfiya şöbəsinin sədri Patrick Harker "Wall Street Journal"a verdiyi müsahibəsində, "Faizləri dəyişdirmək üçün bir səbəb yoxdur" deyib. O, faizlərin sabit saxlanılmasının tərəfdarı olduğunu bildirib.
"Marja" xəbər verir ki, Harker, "ABŞ iqtisadiyyatı güclü olmağa davam edir və hələ də çox güclü bir əmək bazarı var. Əgər iqtisadiyyatın davamlı şəkildə zəiflədiyinə inansam faiz endiriminə qoşulacağam, ancaq mənim fikirimcə bu nöqtədə faizləri hər iki istiqamətdə dəyişdirməyə ehtiyac yoxdur",- deyib.
Harker, Fed-in 19-20 İyun tarixli iclasından əvvəl "Hazırda faiz dərəcələrinin aşağı salınmasını düzgün hesab etmirəm. Faiz dərəcələrində dəyişiklik etmək üçün tələsməyə ehtiyac yoxdur. Bir müddət gözləməli və işlərin necə inkişaf etdiyini görməliyik" ifadəsini istifadə etmişdi. Fed isə faizlərdə dəyişikliyə getməyərək, 2.25 - 2.50 faiz aralığında sabit saxlamışdı.
Harker-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iclaslarında bu il səsvermə hüququ yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)














.jpg)




