“Azərenerji”də böyük zərər
“Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərər ilə başa vurub. Bu 2017-ci illə müqayisədə təxminən 2 dəfə azdır.
ASC 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı.
“Marja” dövlət şirkətinin illik hesabatına istinadən xəbər verir ki, ötən il “Azərenerji”nin enerji satışından gəliri 1 milyard 45 milyon 470 min manat olub. 2017-ci ildə bu rəqəm 1 milyard 13 milyon 336 min manat idi.
Ümumiyyətlə, ötən il “Azərenerji”nin cəmi gəlirləri 1 milyard 161 milyon 221 min manat, cəmi xərcləri isə 1 milyard 468 milyon 556 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 307 milyon 335 min manat zərər yaranıb.
2017-ci illə müqayisədə 2018-ci ildə “Azərenerji”nin mənfəət vergisindən əvvəlki zərəri təxminən 9 dəfə azalaraq 59 milyon 168 min manata düşüb. Lakin 245 milyon 88 min manat mənfəət vergisi xərci ilə əlaqədar olaraq zərər 307 milyon 335 min manata yüksəlib.


PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 34 d. əvvəl
- 47 d. əvvəl
-
- 51 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























