Niderlanddan Azərbaycana ilk konteyner bu ay göndəriləcək
Avropanın ən böyük logistika və nəqliyyat qovşaqlarından biri olan Niderland Krallığının Limburq əyalətinin Venlo şəhərindən ilk yük konteyneri iyunun ikinci yarısı Bakıya yola düşəcək.
Hökumətdəki mənbələrdən əldə edilmiş məlumata görə, ümumilikdə, test olaraq 40 fut (18,14 kq) yükün daşınması nəzərdə tutulur.
İlkin olaraq geyimlərin daşınması nəzərdə tutulan konteynerini Venlodan İstanbula (Türkiyə) “Cabooter Group” şirkəti daşıyacaq. İstanbuldan Bakıya və Bakıdan Şanxaya isə daşınmanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin partnyoru olan digər şirkətləri həyata keçirəcək.
Mənbənin sözlərinə görə, bu daşınmanın müddəti 18 gün müəyyən edilib: “Ənənəvi dəniz daşımalarında bu müddət 45-50 gün çəkir. Biz isə 3 dəfə daha qısa müddətdə daşınma təklif edirik. Gələcəkdə müştərinin istəyindən asılı olaraq konteynerlər Bakıdan Şanxaya (Yangshan Dərin Dəniz limanı) deyil, Çinin digər limanlarına da daşına bilər”.
Xatırladaq ki, bu ilin aprelində Venlo şəhərində fəaliyyət göstərən aparıcı şirkətləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə əməkdaşlığa başlayıb. Bununla bağlı Bakı Limanı ilə Venlo şəhərinin daxil olduğu Limburq əyalətinin hökuməti və aparıcı şirkətlər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bakı Limanının imzaladığı Anlaşma Memorandumunda Limburq əyalətinin hökuməti, “Cabooter Group”, “SMART Logistics Centre”, “Limburq İnkişaf və Sərmayə Şirkəti”, “Venlo Yaşıl Liman”, “KLG Europe”, “Şimal Limburq İnkişaf Şurası”, “Azərbaycan Niderland Biznes Qovşağı Şirkətləri” və Fontys Universiteti ilə əməkdaşlıq nəzərdə tutulub.
Qeyd edək ki, Almaniya ilə sərhəddə yerləşən Venlo şəhəri çoxsaylı aqro-biznes, “fresh park”, tanınmış geyim markaları, elektronika və digər sahələri əhatə edən dünyanın nəhəng şirkətlərinin distribyutor nümayəndəliklərinə ev sahibliyi edir. Əsasən Rotterdam, Antverp və Amsterdam kimi iri limanlardan daxil olan yüklər buradan Avropaya paylanılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 33 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
2 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
19 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
























