970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub

Alınan “Airbus A320neo” təyyarəsi 6300 kilometrədək uçuş məsafəsinə malikdir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib.

Reklam_3_11

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Marja.az-a verilən məlumata görə, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir.

Belə ki, “Airspace” kabini daha geniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərin rahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli “Wi‑Fi” xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.

“Airbus A320neo” yeni nəsil mühərriklərinə malik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və 6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyət göstərir.

Yeni hava gəmisinin donanmaya daxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, yeni hava gəmisi AZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü “Airbus A320neo” modelidir. Sərnişin təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsini əsas prioritet kimi müəyyən edən AZAL 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir. Bu, AZAL-ın donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində atdığı növbəti mühüm addım olmaqla yanaşı, Bakı şəhərinin regionun aparıcı hava nəqliyyat qovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir.

AZAL Azərbaycan Hava Yolları AZCON Holding Airbus A320neo AZAL donanması AZAL yeni təyyarə Azərbaycan Hava Yolları yeni təyyarə Airbus A320neo AZAL AZAL Airbus yeni hava gəmisi müasir təyyarə Airspace kabini AZAL Airspace kabini AZAL Wi-Fi xidməti təyyarədə Wi-Fi biznes sinif fərdi monitor AZAL biznes sinif AZAL sərnişin rahatlığı AZAL uçuş keyfiyyəti AZAL marşrut şəbəkəsi AZAL yeni istiqamətlər AZAL donanmasının modernləşdirilməsi AZAL 28 təyyarə AZAL 50 təyyarə hədəfi AZAL 2032 hədəfi Bakı hava nəqliyyat qovşağı Bakı aviasiya mərkəzi yanacağa qənaət edən təyyarə
22.06.2026 10:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19