“Xəzər-Lada”nın xalis mənfəəti 8% artıb
“Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 10 milyon 42 min manat təşkil edib.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21,8% azdır.
2018-ci ildə “Xəzər-Lada”nın cəmi öhdəlikləri 92,2% azalaraq 500 min manata manata düşüb, cəmi kapitalı isə 1,7% artaraq 9 milyon 543 min manata çatıb.
Ötən il “Xəzər-Lada”nın gəlirləri 16 milyon 446 min manat (əvvəlki ilə nisbətən 21,05% çox), xərcləri isə 16 milyon 175 min manat (21,3% çox) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəəti 271 min manat (8,4% çox) olub ki, bunun da 54 min manat mənfəət vergisinin ödənilməsinə yönəldilib. Bununla da, biznes strukturu 2018-ci ili 217 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin xalis mənfəətinin 20%-ni yığıma, 50%-ni istehlak fonduna, 30%-ni isə dividendlərə yönəldib.
Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 24 d. əvvəl
-
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Ən çox oxunanlar
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
























