Dollar 6 Türk Lirəsinə yaxınlaşdı
Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarının açıqlayıb. "Marja" xəbər verir ki, Bank faiz dərəcəsini dəyişməyərək 24 faizdə saxlayıb.
HƏMÇİNİN OXU: Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Amma, Mərkəzi Bank açıqlama mətnindən "ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər" ifadəsini çıxardıb.
Mart ayındakı açıqlama mətndə bu ifadəyə yer verilmişdi;
"İnflyasiyaya təsir edən digər faktorlardakı prosesləri yaxından izləyərək ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər".
İfadədəki dəyişiklik, bazarlarda "faiz endiriminə qapı açıldı" şəklində qəbul edilib. Açıqlamadan sonra Dollar 5.90 lirədən 5.9801 lirəyədək yüksəlib. Bu gün Lirə Dollar qarşısında 1,6% ucuzlaşıb.
Türk Lirəsi (TL) 2019-cu ilin əvvəlindən bəri Dollar qarşısında 10%-ə qədər ucuzlaşıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
İqtisadçılar bildirirlər ki, əgər ifadə mətndən çıxarılmasaydı məzənnə hərəkətə gəlməzdi. "Faizin endiriləcəyini hamı gözləyir - bəziləri iyun, bəziləri son rübdə olacağını gözləyir. Amma bazarda faizin daha tez tarixdə endiriləcəyi ideyası yarandı. Mərkəzi bankın mətni yumşaltması sual işarələri yaradıb. Apreldə inflyasiya yüksəlirsə başlar qarışacaq",- Maliyyə məsləhətçisi Rəcəb Atakan bildirib.
İqtisadçılar bildirirlər ki, mətndə "ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər" ifadəsinin saxlanması daha yaxşı olardı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
28 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 55 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir














.jpg)






