Türk Lirəsi sürətlə bahalaşır
Dolar/TL məzənnəsi, Türkiyə Mərkəzi Bankının addımları və ölkə xaricində TL swap faizlərinin yüksəlməsi ilə əlaqədar olaraq düməkdə davam edir (Dollar ucuzlaşır, Türk Lirəsi bahalaşır).
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 09:40-da Dollar/TL məzənnəsi 5.3189 lirədə olub.
Məzənnə gecə saatlarında 5.3049 səviyyəsinə qədər enərək son bir ayın ən aşağı səviyyəsini görmüşdür.
"Manulife Asset Management"ın stajlı analitiki Riçard Segal "Bloomberg News"a verdiyi açıqlamasında, "Türkiyə keçən yaydan dərs aldı və vəziyyətin spiral şəklində nəzarətdən çıxmasına icazə verməyəcək" - deyib.
Türk Lirənin xaricdə gecəlik borc faizi son iki gündə təqribən 10 dəfə artaraq 300 faiz səviyyələrini görüb və 2001-dən bu yana ən yüksək səviyyələrinə çatıb. Buna bağlı olaraq Türk Lirəsi (TL) Çərşənbə axşamı gecə saatlarında xeyli bahalaşıb.
Ötən Cümə günü 5.46-da günə başlayıb axşam saatlarında 5.84-ü test edən Dollar/TL məzənnəsi ( məzənnə 7% yüksəlmişdi ) Mərkəzi Bankın açıqladığı bəzi tədbirlərin ardından düşməyə başlamışdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Dünən 5.58 ətrafında günə başlayan Dollar/TL məzənnəsi axşam saatlarında 5.39 səviyyələrini görmüşdü. Bakı vaxtı ilə saat 22:20-də Dollar/TL məzənnəsi 2,7% geriləmə ilə 5.3986 səviyyəsində idi.
"TÜRK LİRƏSİ DAHA DA BAHALAŞA BİLƏR"
"Canadian Imperial Bank of Commerce"ın strategiya direktoru Jeremy Stretch məzənnədə 5.25-lərə qədər geri çəkilmə ola biləcəyini söyləyib.
O, "Fed bu il faiz artırmayacaq, Fed-in səbirli olması yaxşı bir şeydir. 2020-də də yalnız bir dəfə faiz artıra biləcəyini nəzərdə tutur. Fed-in yumuşaq pul siyasətinə qayıdacağı ehtimalı yüksədir",- deyib.
ABŞ dollarının pilləli olaraq düşə biləcəyini qeyd edən Stretch, "Fed-in faiz artırmayacağı da bu fikiri dəstəkləyir. Yüksək gəlirlilikli bazarlara daha çox giriş olacaq. Bu səbəbdən Türk Lirəsinin bahalaşması davam edəcək. Dollar/TL məzənnəsində 5.20 - 5.25-lər görülə bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
27 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)









.jpg)







