Azərbayanda investorlar üçün VİP xidmət – İLK DƏFƏ
Azərbaycanın qiymətli kağızlar bazarında maraqlı yeniliyə start verilib. «PSG Kapital» İnvestisiya şirkəti qiymətli kağız sahibi olmaq istəyən investorlar üçün «VİP Xidmət» adlanan kampaniyaya başlayıb.
Şirkətdən "Marja"ya verilən məlumata görə, kampaniya müddətində 50 min ABŞ dolları və ya 80 min manat həcmində qiymətli kağız almaq istəyən fiziki şəxslər VİP Xidmətdən istifadə edə bilərlər.
Qeyd edək ki, «PSG Kapital» İnvestisiya Şirkəti öz müştərilərinə bütün növ qiymətli kağızların (DQİ, Mərkəzi Bankın Notları, Korporativ İstiqrazlar, səhmlər) alğı-satqısı, anderrayter xidməti, marketmeyker xidməti, REPO əməliyyatları, Fərdi İnvestorların Portfelinin idarəedilməsi, İnvestisiya məsləhətinin verilməsi və Valyuta ticarəti kimi xidmətlər göstərir.
Şirkət VİP Xidmət kampaniyasına fiziki şəxslərin çoxsaylı müraciətini nəzərə alaraq başlayıb.
Kampaniyanın şərtlərinə görə, səhm və ya istiqraz almaq istəyən investorlar «PSG Kapital»ın satış mərkəzlərinə yaxınlaşmadan və vaxt itirmədən qiymətli kağızları əldə edirlər.
Eləcə də, VİP Xidmətin istifadəçiləri qiymətli kağızların alınması üçün ödənilən rüsum və komissiya haqlarında da güzəşt əldə edirlər, belə ki, kampaniya çərçivəsində qeyd olunan məbləğdə səhm və ya istiqraz almaq istəyən fiziki şəxslərdən tutulan investisiya şirkətinin komissiyalarına 50%-ə qədər endirim nəzərdə tutulur.
Həmçinin VİP Xidmət daxilində ödənişsiz, fərdi şəkildə İnvestisiya məsləhətinin verilməsi də daxildir.
Qeyd edək ki, bu kampaniya “PSG Kapital”ın əməliyyat apardığı bütün yerli qiymətli kağızlara - səhm və istiqrazlara, o cümlədən SOCAR İstiqrazlarına da aiddir.
VİP Xidmətdən istifadə etmək istəyən fiziki şəxslər öz şəxsiyyət vəsiqələrini və bank rekvizitlərini elektron qaydada investisiya şirkətinə göndərirlər. Şirkətin əməkdaşları investorun qeyd etdiyi ünvana yaxınlaşaraq, onunla müqavilə bağlayır və daha sonra elə seçilən ünvana da çıxarış təqdim edirlər.
Beləliklə, adi vaxt 2 dəfə satış məntəqəsinə yaxınlaşan investorlar VİP xidmətdən istifadə edərək, vaxt itirmədən istədiyi ünvanda – evdən və ofisdən çıxmadan investisiya şirkəti ilə müqavilə bağlayırlar. Daha sonra, qiymətli kağız alışı üçün sifariş verilərək, Bakı Fond Birjasının ticarət sisteminə investorun sifarişi yerləşdirilir.
Xatırladaq ki, “PSG Kapital” şirkəti SOCAR İstiqrazlarının təkrar bazarı üzrə marketmeykerdir. “PSG Kapital” investisiya şirkəti tərəfindən aparılan VİP Xidmət kampaniyası aprelin ayının 17-dək davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 7 d. əvvəl
-
14 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
-
27 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"


























