“Nikoyl” şirkəti “Nikoyl Bank”la yollarını ayırıb
Ötən il “Nikoyl” ASC İnvestisiya Kommersiya Bankının səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
“Marja” xəbər verir ki, “Topaz Investments Limited” şirkəti Bankda payını 1,32 faiz bəndi artıraraq 93.16%-ə çatdırıb. 2016-cı ilin sonunda şirkətin Bankda 91.84% payı var idi.
Bankın səhmdarlarından “Nikoyl” QSC 7.97% olmuş payını satıb. Payın əsas hissəsi Marina Kulişova tərəfindən alınıb. O, ötən ildən 6.68%-lik payla Bankın yeni səhmdarıdır. Kulişova Marina Valeryevna Bankın Müşahidə Şurasının sədridir.
Ötən il “ISR Holding” MMC-nin payı isə 0.19%-dən 0.16%-ə düşüb.
“Nikoyl” Bankın ana şirkəti “Topaz Investment Limited” MMC-dir. Banka birbaşa olaraq fiziki şəxs Vahid Ələkbərov nəzarət edir.
2017-ci ildə “Nikoyl Bank”ın nizamnamə kapitalı 35,5 milyon manat artırılaraq 220 milyon manata qaldırılmışdır. 2018-ci ilin 1-ci rübündə isə Bankın nizamnamə kapitalı daha 25 milyon manat artırılaraq 245 milyon manata çatdırılıb. Bankın saytında verilən son məlumata görə, "Topaz Investments" QSC 93.16%, fiziki şəxslər 6.68% və İSR Holding 0.16% paya malikdir.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
“Ülpər” SCB 1994-cü ildə Azərbaycan Respublikasında yaradılmış və 1994-cü ildə verilmiş 203 nömrəli ümumi bank lisenziyasına malik olmuşdur. 2002-ci ildə “Nikoyl” Qapalı Səhmdar Cəmiyyəti və “Lukoil Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Bankda nəzarət payları almış və Bankın adı “Nikoyl” ASC İnvestisiya Kommersiya Bankına dəyişdirilmişdir. Bank 2 may 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş 203 nömrəli tam bank lisenziyası əsasında fəaliyyətə başlamışdır. 2008-ci ilin iyul ayında “Topaz Investments” MMC Bankda nəzarət payı almışdır.
31 dekabr 2017-ci il tarixində tamamlanan il ərzində Bank 28 milyon 669 min manat məbləğində xalis zərərlə üzləşmişdir. Mənfi maliyyə nəticələrinə səbəb olan əsas amillər 2015, 2016 və 2017-ci illərdə kredit vermə əməliyyatlarının müvəqqəti azalması nəticəsində kredit portfelinin azalması ilə əlaqədar olaraq, kreditin dəyərsizləşməsi üzrə ehtiyatın artması və faiz gəlirlərinin azalması olmuşdur. Kredit vermənin anderraytinq meyarlarının sərtləşdirilməsi və borcalanların kredit qabiliyyətinin azalması kredit portfelinin azalmasına səbəb olmuşdur.
Bu səbəbdən, 2017-ci ildə müştərilərə verilmiş kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat səviyyəsi 31 dekabr 2016-cı il tarixinə 39%-dən 31 dekabr 2017-ci il tarixinə 44.4%-ə çatmışdır ki, bu da pul baxımından mühüm məbləğdir. Bank rəhbərliyi hesab edir ki, ehtiyat səviyyələrindəki bu artım cari iqtisadi şəraiti nəzərə alaraq Bankın kredit portfelindəki dəyərsizləşmələri adekvat qaydada əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)







