Volvo-nu aldı, Mercedes-ə ortaq oldu - "Bu qədər bəsdir" dedi
2010-ci ildə "Volvo"nu alan, ötən həftə də "Mercedes"in ana şirkətinin 10%-nə sahib olan Çinin avtomobil nəhəngi "Geely"nin banisi və sahibi Li Shufu, investisiyalarına fasilə verib. Almaniya mətbuatına danışan Shufu, bundan sonra yeni bir tərəfdaşlıq planının olmadığını, mövcud işlərə fokuslanacağını deyib.
Li Shufu son dövrdə avtomobil bazarının ən çox danışılan aktyorlarından biridir. Çinin "Geely" şirkətinin banisi olan Shufu, ilk olaraq 2010-ci ildə İsveçin "Volvo" şirkətini 1.8 milyard dollar qarşılığında "Ford Motors"dan satın alması ilə gündəmə gəlmişdi.
Daha sonra yük maşını istehsalçısı "AB Volvo"dan 3.3 milyard dollarlıq səhm alan Shufu, sonra idman avtomobil istehsalçısı "Lotus"un əksəriyyət hissəsini və Malayziyanın "Proton" şirkətinin 49.9%-lik hissəsini aldı. Shufu eyni zamanda İngiltərənin qara kabinəli avtomobil istehsalçısı "LEVC"nin də sahibidir.
Shufu, ötən həftə də Almaniyanın "Daimler" şirkətinin 10% səhmini 9 milyard dollara alaraq sektorda böyük bir sürprizə imza atdı.
"BU QƏDƏR KİFAYƏTDİR"
"Geely" xaricində təxminən 15 milyard dollarlıq avtomobil investisiyası olan Shufunun bundan sonra nə edəcəyi isə maraq mövzusudur. Shufu, Almaniya mediasına verdiyi müsahibəsində bu qədər investisiyanın özü üçün yetərli olduğunu söyləyərək yeni satınalma və ortaqlıqlara "bağlı" olduğunu açıqlayıb.
Shufu, "Hələlik yeni bir satınalma planımız yoxdur. Mövcud işlərimizi inkişaf etdirməyə fokuslanacağıq. Çox fərqli fikirlərimiz və görəcəyimiz çox işimiz var" deyib.
İnvestisiyalarının arxasında Çin dövlətinin olub-olmadığına dair suala isə heç bir şəkildə hökumətdən maddi bir dəstək və ya icazə almadığı cavabını verən Shufu, "Heç vaxt hökumətdən bir razılıq verib verməyəcəklərini soruşmuruq. "Daimler"dən aldığımız səhmlərdə də eyni vəziyyət keçərli idi" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 16 d. əvvəl
- 33 d. əvvəl
-
36 d. əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
-
37 d. əvvəl
Qeyri-neft ixracında lider dəyişib - İlk onluğun ümumi ixracı 2 dəfədən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Ən çox oxunanlar
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb
Volkswagen-in gəlirləri və mənfəəti azalıb
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"






.jpg)








.jpg)






