Trump Fed sədri üçün namizədini açıqladı
ABŞ Prezidenti Donald Trump, Cümə axşamı günü etdiyi açıqlamada, Cerom Paeullı (Jerome Powell) Fed-in sədrliyinə namizəd göstərdiyini bildirib.
"Marja" xəbər veri ki, Trump açıqlamasında, Pauellin, mühakimə və zəkası ilə mərkəzi bankdakı iş yoldaşlarının və Konqres üzvlərinin hörmətini qazandığını söyləyib.
Trump, dünya iqtisadiyyatının ən mühüm "aktyorlarından" biri olan Fed üçün seçdiyi sədr namizədini Ağ Evdə keçirdiyi mətbuat konfransı açıqlayıb. Trump, toplantıya Pauell ilə birlikdə gəlib.
Pauell, faizin mərhələli artırılmasının tərəfdarıdır və Ağ Evin maliyyə tənzimləmələrinin azaldılması çağırışına müsbət baxır. O, özəl kapital şirkətində də çalışıb.
Trump açıqlamasında "Fed-in İdarə Heyətinin sədri Cerom Pauellı Fed-ə sədrlik etməsi üçün namizəd göstərirəm" - deyib.
Senatın təsdiq etməsi vəziyyətində, 64 yaşlı Pauell, 2015-ci ilin sonundan bu yana faizləri dörd dəfə artıran və mərkəzi bankın 4.5 trilyon dollara qədər çıxmış balansını azaltmağa başlayan indiki Sədr Canet Yellenin (Janet Yellen) yerinə keçəcəkdir.
Trump, 100 illik tarixində Fed-in ilk qadın prezidenti olan Yellenı dəfələrlə təqdir etməsinə və Çərşənbə günkü açıqlamasında onu "mükəmməl" qiymətləndirməsinə baxmayaraq təkrar namizəd göstərmədi. Yellenin 4 illik vəzifə müddəti Fevral ayında başa çatır.
Trump, Pauellı namizəd göstərdiyi çıxışında, Yellen üçün, "Müdhiş bir iş görən gözəl bir qadın" deyib.
Trumpın bu beş nəfər arasından Fed-də 2012-ci ildən bu yana İdarə Heyətinin üzvü olaraq çalışan Pauellə üstünlük verməsində, Respublikaçılar Partiyasından olmasının həlledici rol oynadığı bildirilir.
Corc Buş dövründə ABŞ Xəzinə Nazirliyində yüksək vəzifələrdə olan Pauell, dövlət karyerasından əvvəl uzun müddət Dillon, Read & Co ve Carlyle Group kimi investisiya şirkətlərində çalışıb. Hüquq təhsili alan Pauellin maliyyə sahəsində həm dövlət, həm özəl sektor təcrübəsinə malik olmasının namizəd seçilməsində rol oynayan bir başqa amil olduğu qeyd edilir.
Pauellin namizədliyinin, pul siyasəti baxımından mövcud Fed Sədri Yellen ilə eyni xətdə dayanması səbəbindən bazarlarda böyük bir "dalğalanma" olacağı gözlənilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 11 d. əvvəl
- 24 d. əvvəl
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























