970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb

Sənədsiz xammal, gizli uçot, aksiz riski: Dövlət Vergi Xidmətində (DVX) pivə bazarını hədəfə aldı. DVX-dən pivə istehsalçılarına sərt mesaj: qanunsuz satışlara göz yumulmayacaq, sərt tədbirlər görüləcək.
AzVak-mobil_resmin_ustu_31
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 24-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) pivə istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib.

Marja xəbər verir ki, görüşdə qeyd olunan bazarda şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və aparılmış təhlillərin nəticələri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, təhlillər və nəzarət tədbirləri zamanı bir sıra hallarda istehsal üçün tələb olunan xammalın qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilmədən dövriyyəyə daxil edilməsi, eləcə də uçotdan gizlədilməsi faktları aşkarlanıb. Belə halların istehsal həcmlərinin düzgün bəyan edilməməsinə və vergi risklərinin yaranmasına səbəb olduğu vurğulanıb. Qanunvericiliyin tələblərini pozan şəxslər barəsində tədbirlər görüldüyü xüsusi qeyd olunmaqla yanaşı, vergi nəzarətinin daha da genişləndiriləcəyi bildirilib.

Görüş zamanı bu sahədə həyata keçirilmiş son nəzarət tədbirlərinin nəticələri müzakirə olunub, qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb.

İş elanları AzVak.az-da

Bildirilib ki, həm istehsalçılar, həm də məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən aksizli mal hesab edilən pivənin satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi, əməliyyatların müvafiq informasiya sistemində qeydiyyata alınmaması, eləcə də aksiz markası ilə markalanmamış məhsulların dövriyyəyə buraxılması hallarına vergi nəzarəti tədbirləri zamanı xüsusi diqqət yetirilir. Bu kimi halların qarşısının alınması məqsədilə qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək.

Görüşdə istehsalçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

25.06.2026 17:08
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19