Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 24 iyun 2026-cı il tarixində saat 11:00-da yayımlanacaqdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə də faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.
4 Fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilmişdi.
2 aprel 2026-cı il tarixində faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılmışdır (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır).
6 may 2026-cı il tarixində də, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-may aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb. 2025-ci ilin may ayı ilə müqayisədə illik qiymət artımı 5,6 faiz, son bir ayda isə 0,1 faiz təşkil edib.
İllik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda (2%-6% aralığı) olduğu üçün faizlərin bu dəfə də sabit saxlanılacağı ehtimalı yüksəkdir. Eyni zamanda, ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması, Hörmüz boğazının açılması, neft qiymətlərinin düşməsi qlobal inflyasiya təzyiqlərini nisbətən səngidib.
"Ötən iclasdan bəri artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Məlumat üçün qeyd edək ki, cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcəkdir. İnflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcəkdir", - Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində yaydığı press-relizində qeyd etmişdi.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 13 d. əvvəl
-
15 d. əvvəl
İnternet provayderləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir
-
-
18 d. əvvəl
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq
- 37 d. əvvəl
-
40 d. əvvəl
Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb
- 42 d. əvvəl
-
1 saat əvvəl
Dollar bahalaşır, qızıl ucuzlaşır - Qızılın qiyməti 4000 dollara düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir
Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb
Neft ucuzlaşmaqda davam edir
Ən çox oxunanlar
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb




























