970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Araz Talks” layihəsinin növbəti buraxılışında pərakəndə ticarət sektorunun mövcud vəziyyəti və bazara təsir edən əsas amillər müzakirə olunub. Marja xəbər verir ki, layihənin qonağı “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov olub.

Araz İmanov bildirib ki, hazırda Azərbaycanda pərakəndə ticarət sektorunun xalis mənfəət marjası 1 faizdən aşağıdır və bu göstərici narahatlıq doğurur.

Reklam_3_11

Onun sözlərinə görə, qonşu Türkiyədə pərakəndə ticarət sektorunda xalis mənfəət marjası 3 faizdən, hətta 3,5 faizdən yuxarıdır, inkişaf etmiş ölkələrdə isə bu rəqəm 5 faizi keçir.

“Bu sektorun əsas qırmızı xətti ondan ibarətdir ki, mövcud mənfəətlilik səviyyəsi daha da aşağı düşməməlidir. Müxtəlif qanunvericilik təşəbbüsləri, tənzimləyici qurumların qərarları və əlavə maliyyə yükü pərakəndə ticarətə ciddi təsir göstərir”, – deyə o vurğulayıb.

A. İmanov aşağı mənfəət marjalarına baxmayaraq, iri supermarket şəbəkələrinin sürətlə genişlənməsinin də səbəblərinə toxunub. O qeyd edib ki, bazarda hələ də böyümə potensialı mövcuddur və şirkətlər rəqabətdə geri qalmamaq üçün yeni mağazalar açmağa məcburdurlar.

“Bu bazarda böyüməməyi seçən şirkət rəqibləri tərəfindən geridə qoyula bilər. Buna görə də həm mövcud şəbəkələr, həm də bazara yeni daxil olan iştirakçılar eyni inkişaf tempini qorumağa çalışırlar”, – deyə İctimai Birliyin sədri əlavə edib.

İş elanları AzVak.az-da

08.06.2026 08:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19