970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

AzVak-mobil_resmin_ustu_31
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ildə “PAŞA Sığorta” 39,3 milyon manat xalis mənfəət əldə edib ki, bu da qeyri-həyat sığortası bazarında fəaliyyət göstərən şirkətlər arasında ən yüksək nəticədir.

Gəlirləri artıb

Ötən il “PAŞA Sığorta”nın gəlirləri əvvəlki ilə nisbətən 0,4% çox - 348,5 milyon manat, o cümlədən əsas əməliyyat gəlirləri 10,8% çox – 356,9 milyon manat, investisiya gəlirləri 11,9% çox – 22 milyon manat, digər gəlirləri isə 2,9 milyon manat təşkil edib.

Aktivlərinin artımı orta göstəricini 3 dəfə üstələyib

2025-ci ildə “PAŞA Sığorta”nın aktivləri 9,7% artaraq 385,5 milyon manata yüksəlib. Halbuki, bazar iştirakçılarının ümumi böyümə tempi 3,4% təşkil edib. Yəni, “PAŞA Sığorta”nın aktivlərinin artımı orta göstəricini təxminən 3 dəfə üstələyib.

Ötən il “PAŞA Sığorta”nın öhdəlikləri 12% artımla bu il yanvarın 1-nə 290,3 milyon manata çatıb. Şirkətin öhdəliklər üzrə sığorta ehtiyatları isə illik müqayisədə 16,8% çox – 238,5 milyon manat olub. Sığortaçının balans kapitalı 95,2 milyon manat (3,4% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) təşkil edib.

Əsas sığorta növlərində böyük pay sahibi olub

İl ərzində “PAŞA Sığorta” yığımlarını (sığorta haqlarını) 11,9% artıraraq 355,4 milyon manata çatdırıb. Daxilolmaların əsas hissəsi tibbi sığorta (90 milyon manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (83,6 milyon manat), əmlakım yanğından və digər risklərdən sığortası (54,1 milyon manat), avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası (39,7 milyon manat) və daşınmaz əmlakın icbari sığortası (36,6 milyon manat) kimi növlərin hesabına formalaşıb.

Hesabat dövründə “PAŞA Sığorta”nın investisiya portfeli 11.5% artım nümayiş etdirərək bu il yanvarın 1-nə 249,2 milyon manat təşkil edib. Portfelin təxminən yarısı və yaxud 127,6 milyon manatı istiqrazlar, 39%-i və yaxud 97 milyon manatı depozitlər, qalan 24,6 milyon manatı isə digər investisiyalardır. Şirkət təkcə Maliyyə Nazirliyinin istiqrazlarına 99,5 milyon manat investisiya yatırıb. Qeyri-dövlət istiqrazlarına yatırımlar isə 28,1 milyon manat olub. Yeri gəlmişkən, il ərzində depozitlərin illik gəlirliliyi 2,5 dəfə artaraq 7,6 milyon manata çatıb. İstiqrazlardan 10,7 milyon manat, digər investisiyalardan isə 3,7 milyon manat xalis mənfəət əldə olunub.

PAŞA Sığorta PAŞA Sığorta mənfəəti PAŞA Sığorta 2025 sığorta bazarı qeyri-həyat sığortası sığorta şirkətləri PAŞA Sığorta gəlirləri PAŞA Sığorta aktivləri sığorta haqları tibbi sığorta KASKO sığortası icbari sığorta daşınmaz əmlak sığortası sığorta ehtiyatları investisiya portfeli Maliyyə Nazirliyi istiqrazları sığorta bazarında lider şirkət
02.06.2026 09:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19