Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
“PAŞA Bank”ın kapitalının 5%-i və ya 932 min 926 ədəd adi, adlı səhmləri bazara təqdim olunacaq.
Marja xəbər verir ki, bunu “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.
"Biz istəyirik ki, fiziki şəxslər, yəni əhali üçün əlçatan olsun. İnsanlar brokerlər və onların tətbiqləri ilə səhmləri əldəedə bilsinlər", - Bankın Sədri qeyd edib.
Hazırda emissiya prospektinin yekunlaşmasıvə səhmlərin qiymətlərndirilməsi üzrə işlər aparılır.
Səhmlərə abunə yazılışına 2026-cı ilin Aprel ayında başlanılması, May ayında yekunlaşdırılması planlaşdırılır.
Cəlb ediləcək vəsait "PAŞA Bank"ın kredit portfelinin, ümumiyyətlə Bankın biznesinin genişləndirilməsinə sərf olunacaq.
"PAŞA Bank" Azərbaycanda ən böyük korporativ bank olmaqla yanaşı, aktivlərinin həcminə görə ölkənin 3-cü ən böyük bankı, özəl banklar arasında isə 2-ci yerdə qərarlaşıb.Eyni zamanda “PAŞA Bank” güclü balans, müştəri bazası və rentabellik göstəricilərinə malikdir. Bank indi fəaliyyətində strateji və tarixi mərhələyə qədəm qoyur — ilk dəfə səhmlərinin ilkin kütləvi təklifini (İPO) həyata keçirməyə hazırlaşır.
Hazırda "PAŞA Bank" ASC-nin nizamnamə kapitalı 354 milyon 511 min 800 manatdır. Bu mələğ hər birinin nominal dəyəri 33 min 300 manat olan 10 min 646 ədəd adi səhmdən ibarətdir. Plana görə, hər səhmin qiymətinin 20 manata düşməsi üçün kapital “xırdalanaraq” hər birinin nominal dəyəri 20 manat olan 17 milyon 725 min 590 ədəd səhm edilməsi nəzərdə tutulur. Ardınca nizamnamə kapitalının 5% artırılması və yeni səhmlərin təklif ediləsi planlaşdırılır.
Mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü Murad Süleymanov bildirib:
"Mən də öz növbəmdə sizi PAŞA Bank-ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) prosesinə həsr olunmuş bugünkü tədbirimizdə salamlayıram.
Etiraf edim ki, bu tədbirdə iştirak etmək, ölkəmizdə məhz İPO prosesi ilə bağlı keçirilən tədbirdə sizinlə birlikdə olmaq həm qürurverici, həm də həyəcanvericidir.
Sədrimiz Cavid müəllim artıq bankın bu təşəbbüsünün arxasında dayanan strateji məqsədləri ətraflı şəkildə təqdim etdi. Mən isə İPO qərarının arxasında duran əsas məqamlar və onun bank üçün əhəmiyyəti barədə qısa məlumat vermək istərdim.
Bu gün PAŞA Bank maliyyə baxımından sabit və dayanıqlı mövqeyə malik bir bankdır. Maliyyələşmə mənbələrimiz şaxələndirilib, kapital mövqeyimiz güclüdür, gəlir göstəricilərimiz sabitdir və dividend ödənişlərimiz davamlı xarakter daşıyır. Şəffaf və müasir korporativ idarəetmə sistemi bankın əsas üstünlüklərindən biridir.
Bu baxımdan İPO prosesi mövcud strukturu tamamlayan və uzunmüddətli inkişaf strategiyamızı dəstəkləyən vacib bir addım kimi nəzərdə tutulur. Sədrimizin də qeyd etdiyi kimi, bu İPO “Paylaşdıqca böyüyürük – birlikdə” şüarı altında həyata keçiriləcək.
Maliyyələşmə mənbələrinin şaxələndirilməsi mövzusunda bir məqama da toxunmaq istərdim. Ötən il də biz PAŞA Bank-ın istiqrazlarını açıq bazarda yerləşdirdik. Bu yerləşdirmə zamanı bazarda gözlədiyimizdən də yüksək maraq yarandı. Baxmayaraq ki, yay ayları idi, rəqəmsal kanallardan məhdud istifadə olunmuşdu və qeydiyyat üçün qısa müddət elan edilmişdi, təklif etdiyimiz həcmdən iki dəfədən çox tələb formalaşmışdı.
Bu nəticə bizə həm bazarın potensialını, həm də investorların PAŞA Bank-a olan etimadını açıq şəkildə göstərdi və İPO-ya hazırlıq yolunda bizim üçün mühüm göstəricilərdən biri oldu.
Səhmlərlə bağlı qısa məlumat vermək istərdim. Hazırda bankın 17 milyon 725 min 590 ədəd səhmi mövcuddur. Bunların təxminən 5 faizi həcmində, yəni 932 min 926 ədəd adlı səhmin bazara təqdim olunması planlaşdırılır.
Hazırda emissiya prospektinin yekunlaşdırılması, səhmlərin qiyməti və digər şərtlərlə bağlı çərçivələrin formalaşdırılması istiqamətində işlər aparılır. Qiymət və digər şərtlər bazar şəraiti, investor maraqları, qiymətləndirmə nəticələri, beynəlxalq təcrübə və əməkdaşlıq etdiyimiz məsləhətçi qurumların tövsiyələri əsasında müəyyən ediləcək və növbəti mərhələdə ictimaiyyətə açıqlanacaq.
Burada vacib məqamlardan birini xüsusi vurğulamaq istərdim. Bizim əsas hədəflərimizdən biri səhmlərin geniş investor kütləsi, xüsusilə fərdi investorlar üçün əlçatan olmasıdır. Məhz buna görə satış prosesinin həm rəqəmsal, həm də fiziki kanallar vasitəsilə rahat şəkildə qurulması planlaşdırılır.
Səhmlərin alınması PAŞA Bank, BirBank, Birİnvest platformaları, PAŞA Kapitalın, eləcə də digər investisiya şirkətlərinin tətbiqləri və PAŞA Bank-ın mobil tətbiqi vasitəsilə mümkün olacaq. Eyni zamanda, PAŞA Bank və Kapital Bank-ın, BirBank filial şəbəkəsi vasitəsilə də səhmlərin əldə edilməsi təmin ediləcək.
Prosesin mərhələləri ilə bağlı məlumatlar növbəti mərhələlərdə ictimaiyyətə açıqlanacaq.
Qeyd etmək istərdim ki, İPO sadə proses deyil. Bu, çoxmərhələli və mürəkkəb bir prosesdir və həm yerli, həm də beynəlxalq təcrübənin birgə tətbiqini tələb edir. Məhz bu səbəbdən biz bu prosesi yalnız yerli deyil, beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçiririk.
İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın TBC Capital şirkətidir. TBC Capital Gürcüstanda investisiya bankçılığı sahəsində aparıcı mövqeyə malikdir, London Fond Birjasında listinq olunmuş TBC Bank-ın investisiya bankçılığı üzrə ixtisaslaşmış struktur bölməsidir və Gürcüstan bazarında təxminən 54 faiz bazar payına sahibdir".
Qeyd edək ki, bu addım PAŞA Bank-ı Azərbaycanda səhmlərini kütləvi şəkildə təklif edən ilk özəl bank edir. Qeyd edək ki, ölkədə indiyədək yalnız bir İPO reallaşdırılıb və bu, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib. Beləliklə, PAŞA Bank-ın İPO-su Azərbaycan kapital bazarı üçün ikinci kütləvi təklif olmaqla yanaşı, özəl sektorun bazara çıxışı baxımından dönüş nöqtəsi hesab olunur.
İPO nədir? (İlkin Kütləvi Təklif)
İPO (Initial Public Offering) — şirkətin ilk dəfə olaraq öz səhmlərini geniş investor kütləsinə, yəni ictimaiyyətə açıq şəkildə təklif etməsidir. İPO zamanı şirkət:
• səhm bazarına daxil olur,
• səhmləri birjada alqı-satqı edilə bilir,
• şirkətə minlərlə yeni səhmdar qoşulur.
Başqa sözlə, İPO şirkətin qapalı strukturlu biznesdən açıq, şəffaf və ictimai şirkətə çevrilməsi deməkdir.
Şirkətlər niyə İPO-ya müraciət edir?
İPO-ya çıxmağın əsas səbəbləri bunlardır:
1. Kapital cəlb etmək
İPO şirkətə:
• yeni investisiya mənbələri,
• uzunmüddətli maliyyə resursları,
• kreditdən asılılığın azalması imkanı yaradır.
2. Şəffaflıq və etibar
Birjada listinq:
• maliyyə hesabatlarının açıqlanmasını,
• korporativ idarəetmənin gücləndirilməsini,
• beynəlxalq standartlara uyğun fəaliyyəti
tələb edir. Bu isə şirkətin nüfuzunu və etibarını artırır.
3. Brend və bazar dəyərinin artması
İPO-dan sonra şirkət:
• daha tanınan brendə çevrilir,
• beynəlxalq investorların diqqətini cəlb edir,
• bazar dəyəri formalaşır.
Səhmdar strukturu və likvidlik
Mövcud səhmdarlar üçün:
• səhmləri likvid aktivə çevrilir,
• gələcəkdə səhmləri bazarda satmaq imkanı yaranır.
PAŞA Bank-ın İPO-su nə vəd edir?
PAŞA Bank-ın İPO qərarı:
• Azərbaycan bank sektorunda şəffaflığın artmasına,
• kapital bazarının dərinləşməsinə,
• yerli investorların bank sektorunda birbaşa iştirakına şərait yarada bilər.
Eyni zamanda bu addım:
• digər özəl şirkətlər üçün nümunə rolunu oynaya,
• yeni İPO-ların yolunu aça,
• Bakı Fond Birjasında aktivliyi artıra bilər.
İnvestorlar üçün İPO nə deməkdir?
İPO investorlar üçün:
• güclü maliyyə göstəricilərinə malik şirkətə erkən mərhələdə investisiya,
• dividend və səhm qiymətinin artımı potensialı,
• portfelin şaxələndirilməsi imkanı yaradır.
Lakin ekspertlər qeyd edir ki, hər bir İPO-da olduğu kimi:
• risklər,
• bazar dalğalanmaları,
• maliyyə nəticələrinin dəyişkənliyi
mütləq nəzərə alınmalıdır.
Nəticə
PAŞA Bank-ın İPO-su:
• Azərbaycan maliyyə bazarları üçün tarixi hadisə,
• özəl sektorun kapitallaşması üçün yeni mərhələ,
• investorlar üçün isə yeni imkan pəncərəsi kimi qiymətləndirilir.
Bu prosesin uğurla başa çatması ölkədə kapital bazarlarının inkişafına güclü təkan verə bilər
Qısası “PAŞA Bank” deyir ki, “mənim ortağım olmaq istəyənlər buyursun”. Sən də pul verib Bankın payını (səhm) alırsan və onun sahiblərindən biri olursan. Bankın səhmdarlarından biri olmaqla gələcəkdə dividend (mənfəətdən pay) ala bilərsən, və səhm bahalaşarsa qazanc əldə edə bilərsən.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
- 2 saat əvvəl
-
2 saat əvvəl
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
3 saat əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 29-da gözlənilən hava şəraiti
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit
Ən çox oxunanlar
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!


















