Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım
ABŞ-ın çip istehsalçısı Nvidia, süni intellekt söhbət botu ChatGPT-nin yaradıcısı OpenAI şirkətilə qurduğu strateji tərəfdaşlıq çərçivəsində şirkətə 100 milyard dollara qədər sərmayə yatıracağını açıqlayıb.
Marja xəbər verir ki, Nvidia-nın yaydığı məlumatda, OpenAI-ın növbəti nəsil modellərini təlimləndirmək və işlətmək üçün ən azı 10 giqavattlıq Nvidia sisteminin istifadəyə veriləcəyini nəzərdə tutan strateji tərəfdaşlıq üçün niyyət protokolunun imzalandığı bildirilib.
Məlumata görə, məlumat mərkəzi və enerji tutumunu dəstəkləmək üçün Nvidia-nın sistemləri mərhələli şəkildə işə düşdükcə OpenAI şirkətinə 100 milyard dollara qədər sərmayə qoyulacaq. İlk mərhələnin isə 2026-cı ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır.
Açıqlamada, OpenAI-ın süni intellekt böyümə planlarında Nvidia-nı üstünlük verilən strateji tərəfdaş olacağı, həmçinin iki şirkətin proqram təminatı üzrə yol xəritələrini uyğunlaşdıracağı vurğulanıb.
Bu əməkdaşlığın Microsoft, Oracle, SoftBank və Stargate kimi tərəfdaşlarla mövcud əməkdaşlıqları tamamlayacağı və insanlığın xeyrinə ümumi süni intellekt inkişaf etdirmək missiyasına xidmət edəcəyi qeyd olunub.
Nvidia və OpenAI strateji tərəfdaşlığın yeni mərhələsinə dair detalları yaxın həftələrdə açıqlayacaq.
Nvidia-nın baş icraçı direktoru Censen Huanq mövzu ilə bağlı açıqlamasında:
“Nvidia və OpenAI 10 ildir bir-birini irəli aparır. ChatGPT-dən sonra gəldiyimiz nöqtə indi 10 giqavattlıq infrastrukturla yeni bir zəka dövrünü başlayacaq”,- deyib.
OpenAI-nın baş direktoru Sam Altman isə bildirib:
“Gələcəyin iqtisadiyyatının əsası hesablama infrastrukturudur. Nvidia ilə həm yeni irəliləyişlər əldə edəcək, həm də bunları geniş miqyasda insanlara və müəssisələrə çatdıracağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
37 d. əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
1 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
1 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
2 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
2 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
2 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
























