Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Coca-Cola-nın dəstəyi ilə ölkənin ən böyük musiqi festivallarından biri keçirilib. Belə ki, minlərlə insanı birləşdirən möhtəşəm “Coke Studio ilə Xəzər Festivalı” baş tutub(®) “Coke Studio ilə Xəzər Festivalı” son illər ölkənin ən böyük musiqi tədbirlərindən birinə çevrilib. Coca-Cola Azərbaycan və Xəzər TV-nin birgə əməkdaşlığı ilə keçirilən tədbir bu il də uğurla yekunlaşıb. Minlərlə insanın iştirak etdiyi festival yalnız musiqi şousu deyil, həm də gənclər, ailələr, müxtəlif bölgələrdə olan insanların birlik, əyləncə və enerji platformasına çevrilib və ölkə miqyasında ən mühim mədəniyyət hadisələrindən biri kimi yadda qalıb.
Festival Azərbaycanın dörd bölgəsi– Qəbələ, Lənkəran, Sumqayıt və Bakını əhatə etdi. Hər şəhərdə açıq hava konsertlərinə minlərlə insan toplaşaraq festival ab-havasını yaşayıb.
“Coke Studio ilə Xəzər Festivalı” həm də Jah Khalibi paytaxt Bakının səhnəsindən dinləyiciləri ilə görüşdürüb. Sevimli hitlərini canlı ifa edən sənətçini fanatları və həm paytaxtdan, həm də digər bölgələrdən gələn dinləyicilər böyük sevinclə qarşılanıb.
Azərbaycanın ən populyar ulduzuları da festivalda təmsil olunaraq bayram əhval ruhiyəsi yaradıblar. Murad Arif, Hiss, Cin, Səmra, Mehin və daha onlarla ifaçı festival müddətində öz üslubları ilə auditoriyaya unudulmaz anlar yaşadıblar. Müxtəlif janrların bir araya gəlməsi festivalı universal edib.
Konsert məkanlarında xüsusi yaradılan “Coke Zone” festivalın özünəməxsus cazibə mərkəzinə çevrilib. Burada insanlar musiqi dinləməklə yanaşı, həm də dostları ilə görüşüb, interaktiv oyunlarda iştirak edib, Coca-Cola ilə sərinləyiblər. Beləcə, festival yalnız musiqi yox, həm də sosial təcrübə olub.
“Coke Studio ilə Xəzər Festivalı” bu yay Azərbaycan musiqi həyatında ölçü və miqyası ilə seçilən ən böyük hadisələrdən olub. Festival təkcə musiqisevərlərin deyil, həm də mədəniyyət və sosial həyatın diqqət mərkəzinə çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















