970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İlk 2 ayda dövlət büdcəsində 1,7 milyard manata yaxın artıqlıq yaranıb

2026-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat, xərcləri 4 milyard 643,1 milyon manat məbləğində icra edilib. 1 milyard 668,4 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk 2 ayda dövlət büdcəsində 1,7 milyard manata yaxın artıqlıq yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika davam edib.

Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 147 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat təşkil edib ki, bu da proqnozu 58,3 milyon manat və ya 0.9 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 milyard 2 milyon manat təşkil edərək proqnozdan 79,5 milyon manat və ya 2.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 0.3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat təşkil edərək proqnozdan 0,9 milyon manat və ya 10.2 faiz, sair daxilolmalar 63,4 milyon manat təşkil edərək proqnozdan 15,7 milyon manat və ya 32.9 faiz çox, Dövlət Neft Fondundan transfert isə 2 milyard 140 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

İş elanları AzVak.az-da

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 113,2 milyon manat təşkil edərək proqnoza qarşı 73.5 faiz icra olunub.

Yanvar-fevral ayları ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 803,4 milyon manat proqnoza qarşı 4 milyard 643,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.7 faiz təşkil edir. Büdcənin icrasında 1 milyard 668,4 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

2026-cı ilin yanvar-fevral ayları ərzində icmal büdcənin gəlirləri 7 milyard 558,3 milyon manat, xərcləri  isə 5 milyard 338,4 milyon manat məbləğində icra edilib.

İş elanları AzVak.az-da

dövlət büdcəsi 2026 Azərbaycan dövlət büdcəsi büdcə icrası dövlət büdcəsi gəlirləri büdcə xərcləri Maliyyə Nazirliyi xəzinədarlıq ödənişləri dövlət büdcəsi proqnozu İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Dövlət Gömrük Komitəsi Əmlak Məsələləri Dövlət Xidməti Dövlət Neft Fondu dövlət transfertləri büdcə daxilolmaları icmal büdcə dövlət maliyyəsi dövlət büdcəsi statistikası büdcə artımı büdcə performansı dövlət xərcləri dövlət gəlirləri dövlət ödənişləri proqnozu üstələyən gəlirlər ödənişli xidmət gəlirləri
10.03.2026 12:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18