Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
16 iyul 2025-ci il tarixində dünya iqtisadiyyatı, öncəki gün açıqlanan ABŞ və Böyük Britaniyaya dair inflyasiya göstəriciləri, FED ətrafında baş verən siyasi gərginlik və enerji bazarlarında müşahidə edilən volatil tendensiyalar fonunda yüksək dinamiklik nümayiş etdirdi. Əldə edilən rəsmi statistika və siyasi siqnallar investor davranışlarına ciddi təsir göstərdi.
ABŞ: PPI Göstəriciləri və Tramp-FED Gərginliyi
15 iyul tarixində ABŞ-da açıqlanan İstehsal Qiymətləri İndeksi (PPİ) və İstehsal Qiymətlərinin Baza İndeksi (Core PPI) göstəricilərinin aylıq əsasda 0.0% açıqlanması tariflə əlaqədar inflyasiya təzyiqində yumşalma siqnalı verərək USD-nin bir qədər güclənməsinə səbəb oldu.
Eyni gün, mediaya sızan məlumatlara görə, Donald Tramp və FED sədri Cerom Pauell arasında FED-in Vaşinqtondakı əsas binasının təmirinə ayrılan büdcə səbəbilə ciddi fikir ayrılığı yaşanıb. Trampın bu təmir layihəsini "büdcə israfı" adlandırması və FED rəhbərliyini "real iqtisadi problemlərdən yayınmaqda" ittiham etməsi, siyasi dairələrdə və bazarlarda müəyyən narahatlığa səbəb oldu.
Birləşmiş Krallıq: CPI Göstəriciləri və Funt sterlinqdən Sərt Reaksiyası
İngiltərədə dünən dərc olunan İstehlak Qiymətləri İndeksi (CPI) göstəricisi aylıq 0.3%, illik isə 3.6% səviyyəsində oldu. Proqnozların üzərində açıqlanan inflyasiya rəqəmləri fonunda GBPUSD qısa müddət yüksəldi. BoE-nin avqust ayında faiz endirimini təxirə sala biləcəyinə dair ehtimallar GBP-yə təzyiq etdi və GBPUSD məzənnəsi ucuzlaşaraq 1.34000–1.33800 aralığında sabitləşdi.
Neft və Qızıl: Volatil Həftə
Brent markalı neftin qiyməti 69-70 dollar aralığında dayanıqlılıq göstərdi. Liviya və Nigeriyada hasilatla bağlı texniki fasilələrin olması qiymətləri dəstəkləsə də, Çində iqtisadi yavaşlama siqnalları tələblə bağlı narahatlıqları artırır.
Qızılın unsiya dəyəri isə 3350-3365 USD aralığında dalğalandı. İnflyasiya göstəricilərinin hələ də FED-in faiz endiriminə getmək üçün tam əsas vermədiyini düşünən investorlar ehtiyatlı davranır. FED ətrafındakı siyasi qeyri-müəyyənlik isə qızılı riskdən qaçma vasitəsi kimi bir qədər də gücləndirdi.
Səhm Bazarları: Gözləntilərlə Formalaşan Reaksiyalar
- “S&P 500” 0.35% dəyər itirdi, lakin texnologiya sektoru nisbi dayanıqlılıq nümayiş etdirdi.
- “FTSE 100” 0.8% azalaraq CPI göstəricisinin funt sterlinqə təsirindən mənfi nəticə aldı.
- “Nikkei 225” isə Yaponiyanın maliyyə siyasətində sabitlik səbəbilə 0.6% artım göstərdi.
Bu gün Avrozonada açıqlanacaq CPİ göstəriciləri və İngiltərədə dərc olunacaq əmək bazarına dair hesabatlar investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Amerikada yayımlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Pərakəndə Satış Dövriyyəsinin Həcmi, İxrac Qiymət İndeksi, İdxal Qiymət İndeksi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi statistik rəqəmlər dünya maliyyə bazarlarında ciddi volatilliyə səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazılanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
14 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
15 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
15 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
15 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
16 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
16 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
16 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır


























