PAŞA Kapital 2024-cü ildə gəlirini 42% artırıb
Fəaliyyətdə olduğu 2012-ci ildən etibarən ölkənin kapital bazarlarının inkişafına daim töhfə verən "PAŞA Kapital İnvestisiya Şirkəti" 2024-cü ili yüksək maliyyə nəticələri ilə yekunlaşdırıb.
"PAŞA Kapital"ın yaydığı press-relizdə bildirilir ki, Şirkətin 2024-cü il üzrə il üzrə açıqladığı maliyyə hesabatına əsasən ötən illə müqayisədə əsas göstəriciləri aşağıdakı şəkildə öz əksini tapıb:
- Gəlir: 11 milyon manat, 42% artım;
- Məcmu kapital: 16 milyon manat, 19% artım;
- Dövlət istiqrazları üzrə bazar payı: 53%, 8 milyard manat ticarət həcmi;
- Korporativ istiqrazlar üzrə bazar payı: 32.5%, 1.3 milyard manat ticarət həcmi;
- Anderraytinq: 559 milyon manat ilkin yerləşdirmə həcmi, 185% artım;
- İnvestisiya qiymətli kağızlar üzrə portfel: 34 milyon manat, 30% artım.
Əlavə olaraq qeyd edək ki, PAŞA Kapital İnvestisiya Şirkətinin 2024-cü ildə aktivləri 64 milyon manat təşkil edib.
2023-cü illə müqayisədə şirkətin faiz gəlirləri 2,2 dəfə artaraq 4 milyon 544 min manat olub. Həmçinin qeyri-faiz gəlirlərində də 17,4% artım olaraq, ümumi məbləğ 6,7 milyon manat təşkil edib.
Uzun illərdir ki, bazardakı lider mövqeyini qoruyan PAŞA Kapital müştərilərinə aşağıdakı geniş çeşidli xidmət və məhsulları, innovativ həlləri təqdim edir:
- Brokerlik;
- Anderraytinq;
- Marja Ticarəti;
- Market Meykinq və Maliyyə Məsləhətləri;
- Portfel İdarəçiliyi.
PAŞA Kapital ilə siz də müasir dövrün dəbi - investisiya dünyasına qoşularaq, yerli və qlobal maliyyə bazarlarında 3000-dən çox alət ilə ticarət edə bilərsiniz. Şirkətin xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)






