Neft qiymətləri Trampın Rusiya addımını gözləyir
Donald Trampın Ukrayna müharibəsinə son qoyması müqabilində Rusiyanın enerji sektoruna tətbiq edilən məhdudiyyətləri yumşaldacağına dair gözləntilər neft qiymətlərinin sabit qalmasına səbəb olur.Bazar ertəsi neft qiymətləri sabitdir, çünki ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiyanın Ukrayna müharibəsinə son qoyması müqabilində enerji sektoruna qoyulan məhdudiyyətləri yumşaldacağına dair gözləntilər narahatlıqları kompensasiya edib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 10:30-da Brent markalı neftin qiyməti 0,34% ucuzlaşma ilə 80,50 dollara ticarət olunub.
Bayden administrasiyasının 100-dən çox tanker və iki Rusiya neft istehsalçısına qarşı sanksiyalar tətbiq etməsindən sonra neft qiymətləri artıb.
ANZ analitikləri bildiriblər ki, yeni sanksiyalar Rusiyadan gündəlik təqribən 1 milyon barel neft ixracına təsir göstərə bilər, lakin son qiymət artımları Trampın hərəkətləri səbəbindən qısamüddətli ola bilər.
Analitiklərə görə; Tramp Rusiya-Ukrayna müharibəsini tez bir zamanda sona çatdırmağa kömək edəcəyinə söz verib və bu, razılaşmanın baş tutması üçün bəzi məhdudiyyətlərin yumşaldılmasını da əhatə edə bilər.
Trampın açıqlamaları gözlənilir
Bazar ertəsi and içərək vəzifəsinin icrasına başlayacaq yeni prezidentin bir sıra mühüm siyasi açıqlamalar verəcəyi gözlənilir.
Yaxın Şərqdə gərginliyin azalması da neftin bahalaşmasını məhdudlaşdırıb.
HƏMAS və İsrail 15 aylıq müharibədən sonra atəşkəsin ilk günü girov və əsirləri dəyişdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)
















.jpg)


