Ən yuxarı (mobil)_30

2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildi

Minimum maaş 400 manat, minimum əmək pensiyası isə 320 manat olacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam imzalayıb. 

Marja.az xəbər verir ki, Sərəncam ilə, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

- əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

- sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Bu Sərəncam 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, hazırda minimum aylıq əməkhaqqı 345 manatdır.

minimum aylıq əməkhaqqı
23.12.2024 16:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18