Süni intellekt IBM-in gəlirini artırıb
Amerikanın texnologiya şirkəti IBM-in gəliri bu ilin ikinci rübündə 2 faiz artaraq 15,8 milyard dollara çatıb.ABŞ-nin texnologiya şirkəti IBM-in bu ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 15,8 milyard dollara çatıb. IBM ötən ilin eyni dövründə 15,5 milyard dollar gəlir əldə etmişdi.
Bu barədə Marja IBM-in 2024-cü ilin ikinci rübü üzrə balans hesabatına istinadən xəbər verir.
Şirkətin xalis mənfəəti ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 1,8 milyard dollar təşkil edib. IBM-in xalis mənfəəti ötən ilin ikinci rübündə 1,6 milyard dollar hesablanmışdı.
Şirkətin ötən ilin ikinci rübündə 1,72 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 1,96 dollara yüksəlib.
IBM-in maliyyə nəticələri bazar gözləntilərini üstələyib.
IBM-in Baş İcraçı Direktoru (CEO) Arvind Krişna şirkətin balans hesabatını qiymətləndirərkən, həm gəlirlərin, həm də sərbəst pul axınının artması səbəbindən gözləntiləri aşaraq güclü ikinci rüb yaşadıqlarını bildirib.
“Müştərilərin texnologiyamız və korporativ süni intellekt sahəsində təcrübəmiz üçün IBM-ə müraciət etdiyini görməkdə davam edirik və süni intellekt portfelimiz bir il əvvəl Watsonx-un işə salınmasından bəri 2 milyard dollardan çox artıb”, - Krişna bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 14 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
Ən çox oxunanlar
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı






.jpg)
.jpg)








.jpg)






