Azərbaycanda elektrik enerjisi istehsalı artıb
2023-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 223,0 mln. kVt·st, yəni 0,8 % artaraq 26 487,5 mln. kVt·st olub.
Bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. yanvar-noyabr ayları ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 525,1 mln. kVt·st, SES-lərdə 1 636,5 mln. kVt·st, digər mənbələr üzrə isə 325,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 54,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 69,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 201,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 894,9 mln. kVt·st (İES-lərdə 22 363,3 mln. kVt·st, SES-lərdə 1 531,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 444,2 mln. kVt·st (İES-lərdə 295,5 mln. kVt·st, SES-lərdə 90,9 mln. kVt·st, Günəş ES-də 57,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 40,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 108,3 mln. kVt·st təşkil edib.
2023-cü ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 752,7 mln. kVt·st, idxalı isə 200,8 mln. kVt·st olub.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 453,4 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,6 mln. kVt·st, ixrac isə 401,2 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
58 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)







