SOCAR Albaniyanın Korça şəhərini qazlaşdıracaq
Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, iclasdan əvvəl İşçi Qrupunun həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Albaniyanın Baş nazirinin müavini – infrastruktur və energetika naziri Bellinda Balluku arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
İşçi Qrupunun iclasında ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının rolundan, xüsusən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyaya dövlət səfəri və Albaniyanın Baş naziri Edi Ramanın səfərlərinin əhəmiyyətindən bəhs edilib. İşçi Qrupu çərçivəsində birgə fəaliyyət və bu əməkdaşlıq formatının Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi planı, Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ilə bağlı siyasi qərar Azərbaycan-Albaniya əlaqələrini dərinləşdirmək niyyətinin təzahürü kimi qeyd olunub.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Albaniya Avropa ölkələrinin enerji təchizatının diversifikasiyasında və enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan TAP layihəsinin üzvləridir. Cənub Qaz Dəhlizinin genişlənməsi, Azərbaycanın dəstəyi ilə yerli qazpaylayıcı sistemin qurulması TAP-ın Albaniya üçün faydalarını artıracaq perspektivlərdir: “Korça şəhərinin qazlaşdırılması layihəsi ilkin texniki-iqtisadi əsaslandırılma mərhələsindədir. Qaz şəbəkəsinin qurulacağı təqdirdə nəinki ölkənin enerji balansı şaxələnəcək, həm də Balkan regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində birgə iştirak edəcəyik. Həmçinin SOCAR-ın Albaniyada fəaliyyətinə və enerji əməkdaşlığımıza töhfə verəcək bir sıra yeni layihələr üzrə də hazırda intensiv məsləhətləşmələr aparılır”.
Albaniyanın Baş nazirinin müavini – infrastruktur və energetika naziri Bellinda Balluku isə deyib ki, diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik və strateji tərəfdaşlığımızı möhkəmləndirməyə qərarlıyıq. Bu gün potensial əməkdaşlığın bir çox sahələrini müəyyən etdik. Bu sahələr arasında energetika hər iki ölkə üçün xüsusi maraq kəsb edir.
İclasda ticarət və investisiyalar, enerji, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur, turizm, mədəniyyət, təhsil və elm sahələri üzrə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Albaniya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda, Ələt Azad İqtisadi Zonasında və yaşıl enerji layihələrində əməkdaşlığa dəvət edilib. İşçi Qrupun əsasında Hökumətlərarası Komissiyanın yaradılması razılaşdırılıb. İclasın yekunlarına dair Protokol imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)







