Azərbaycan iqtisadiyyatı cüzi artıb
2023-cü ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin ayaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,6 faiz artmışdır.
ÜDM istehsalının 50,3 faizi sənaye, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 16,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-fevral aylarında 12,7 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artmışdır.
Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 21,5 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 0,9 faiz artmışdır.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 67,1 faiz, əczaçılıq məhsullarının istehsalı 59,4 faiz, kağız və karton istehsalı 46,4 faiz, tikinti materiallarının istehsalı 35,1 faiz, tütün məmulatlarının istehsalı 34,7 faiz, elektrik avadanlıqlarının istehsalı 25,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 25,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,9 faiz, içkilərin istehsalı 17,9 faiz, geyim istehsalı 17,3 faiz, qida məhsullarının istehsalı 12,7 faiz, maşın və avadanlıqların istehsalı 10,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,9 faiz artmış, mebel istehsalı 1,3 faiz, hazır metal məmulatlarının istehsalı 4,2 faiz, neft məhsullarının istehsalı 6,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 17,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 35,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 54,4 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,9 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
12 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
-
36 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 39 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
1 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
Ən çox oxunanlar
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb























