Puma 2023-cü ildə mənfəətinin azalacağını gözləyir
Almaniyanın idman geyimləri istehsalçısı Puma 2022-ci ildə rekord satış və mənfəət açıqlayıb, lakin xəbərdarlıq edib ki, yüksək faiz dərəcələri və inflyasiya istehlakçı xərclərini azaltdığından bu il mənfəətin aşağı düşəcəyi ehtimalı var.
Marja xəbər verir ki, Puma satışlarının 19% artaraq 8,47 milyard avroya (1 avro = 1,0642 dollar) çatdığını açıqlayıb. Şirkətin mənfəəti 15% artaraq 641 milyon avro təşkil edib.
Dünya miqyasında güclü istehlak xərcləri, futbol üzrə Dünya Kuboku və avronun zəifliyi Pumanın 2022-ci ildəki biznesini dəstəkləyib. Şirkət xəbərdarlıq edib ki, bu il valyuta hərəkətləri, yüksək yük tarifləri və xammal qiymətlərinin artması mənfəətə mənfii təsir göstərə bilər.
Puma açıqlamasında "Yüksək dərəcədə geosiyasi, makroiqtisadi və kommersiya qeyri-müəyyənliyi ilə üzləşməyə davam edirik. Ukraynadakı müharibə, tənəzzül təhlükəsi, yüksək inflyasiya və yüksək faiz dərəcələri qeyri-sabit pərakəndə və istehlakçı tələbi ilə nəticələnir”,- bildirib.
Şirkət 2023-ci il üzrə faiz və vergilərdən əvvəl mənfəət üçün 590-670 milyon avroluq geniş proqnoz diapazonu müəyyən edib, onun 630 milyon avro olan orta nöqtəsi keçən ilki 641 milyon avrodan təxminən 2% aşağıdır. Gəlir artımının 10%-ə qədər yavaşlaması gözlənilir.
Yeni icraçı direktor Arne Freundt, qrupun gələn il üçün prioritetinin ABŞ və Çindəki mövqeyini gücləndirmək olacağını bildirib.
Puma-nın ən böyük rəqimi Adidas-dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
10 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 13 d. əvvəl
- 18 d. əvvəl
- 23 d. əvvəl
- 31 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib






.jpg)
.jpg)






.jpg)








