Lukaşenko Çinə birgə müəssisələr yaratmağı təklif edib
Belarus prezidenti Aleksandr Lukaşenko Çin sədri Si Cinpinlə görüşdə birgə istehsal müəssisələrinin yaradılmasını və Belarusun mövcud müəssisələrinin modernləşdirilməsini təklif edib.
“Biz Çin ilə texnoloji inkişaf, o cümlədən birgə müəssisələrin yaradılması, müasir Çin texnologiyalarının tətbiqi ilə Belarus müəssisələrinin modernləşdirilməsi, mal və xidmətlərin üçüncü ölkələrin bazarlarına ixracı üzrə əməkdaşlığın dərinləşdirilməsində maraqlıyıq”, - Lukaşenko deyib.
Bundan əlavə, o, Belarus-Çin sənaye əməkdaşlığının maşınqayırma və digər sənaye sahələrində dərinləşdirilməsini təklif edib.
"İstehsalçılarımız Çin şirkətlərinin komponentlər bazasının formalaşdırılması, mühərriklərin, transmissiyaların, oxların, digər komponentlərin və birləşmələrin istehsalı sahəsində səriştə və texnologiyalarının öyrənilməsində maraqlıdırlar. Mən dəzgahlar, elektrotexnika sahəsində birgə müəssisələrin yaradılmasını təklif edirəm. Həm Belarusda, həm də Çində kənd təsərrüfatı texnikası üçün hissələrin istehsalını yarada bilərik. Əməkdaşlıq məhsulların rəqabət qabiliyyətinin artırılmasına kömək edəcək”, - Belarus lideri bildirib.
Lukaşenko Fevralın 28-dən martın 1-dək Çinədə dövlət səfərindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















