Yaponiyada rekord dövlət büdcəsi
2023-cü maliyyə ili üçün 840 milyard dollarlıq büdcə layihəsi təsdiqlənibYaponiyada Nümayəndələr Palatası 2023-cü maliyyə ili üçün 114,3 trilyon yen məbləğndə (təxminən 840 milyard dollar) büdcə layihəsini qəbul edib.
Marja xəbər verir ki, hakim Liberal Demokrat Partiyası (LDP) və onun tərəfdaşı Komeitonun hazırladığı yeni maliyyə ili büdcə layihəsi parlamentin iclasında təsdiqlənib.
Rekord büdcə layihəsi 2023-cü ilin aprel-2024-cü ilin mart aylarını əhatə edəcək və 114,3 trilyon yen (840 milyard dollar) təşkil edəcək.
Vergi daxilolmaları 69,4 trilyon yen (509 milyard dollar) səviyyəsində təxmin edilən maliyyə ilinin büdcəsinin bir hissəsi dövlət istiqrazları hesabına ödəniləcək.
Yaponiyanın qocalmış əhalisi nəzərə alınaraq hazırlanan yeni büdcə layihəsində sosial təminat xərcləri ən yüksək səviyyəni görəcək.
36,9 trilyon yen (270 milyard dollar) sosial təminat xərclərinə və 6,8 trilyon yen (49,8 milyard dollar) milli müdafiə xərclərinə ayrılacaq.
Baş nazir Kişida Fumio hökumətinin maliyyə ili büdcəsi üçün 35,6 trilyon yen (261 milyard dollar) dövlət istiqrazı buraxmağı planlaşdırdığı bildirilir.
Yaponiya İctimai Televiziyası NHK, maliyyə ili büdcə layihəsinin ilk dəfə olaraq 110 trilyon yeni keçdiyinə diqqət çəkib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























