Bakıda borcları ödəməyən binaların su təchizatı dayandırıldı

Yeni tikilmiş çoxmənzilli yaşayış binalarında içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə uçotun qurulması, debitor borc probleminin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yasamal rayonunda keçirilən nəzarət tədbirləri zamanı uzun müddətdir debitor borclarını ödəməyən binaların su təchizatı dayandırılıb. Bu barədə Marja-ya ASC-dən bildirilib.
Marja xəbər verir ki, Yasamal rayonunda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə borcların ödənilməsində, həmçinin mənzillərin kodlaşdırılmasında nöqsanlar aşkarlanıb. Qurban Xəlilov küçəsində yerləşən “Kainat” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasında mənzillər kodlaşdırılmayıb. Buna görə də içməli və tullantı su təchizatı xidmətləri üzrə hesabat binanın girişindəki balans sayğacına görə aparılır. Hazırda 120 mənzildən ibarət bina sakinlərinin ümumilikdə 7095 manat debitor borcu mövcudddur. Sakinlər bildirir ki, onlar əvvəlki dövrlərdə içməli su təchizatı və tullantı suları üzrə xidmət haqlarını mənzil tikinti kooperativinə ödəyiblər.
Qurban Xəlilov küçəsində yerləşən “Bakı” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasının 10183 manat borcu mövcuddur. 1999-cu ildə tikilmiş yaşayış binasının rəhbərliyi uzun illər kodlaşdırma üçün müraciət etməyib. Yalnız 2020-ci ildə binadakı 110 mənzil kodlaşdırılsa da əvvəlki dövrün borcları ödənilməyib. Bina kodlaşdırıldıqdan sonra da abonentlərin bir qismi ödəniş etmədiyindən 3000 manatadək yeni borc yaranıb.
Məmməd Rahim küçəsində yerləşən “Rahat məkan” MTK-ya məxsus 16 mərtəbəli 166 mənzildən ibarət yaşayış binasının isə yığılmış borcu nə az, nə çox, düz 30575 manatdır. Borcun ödənilməsi üçün binanın içməli su təchizatının dayandırılmasına qərar verilib. Lakin giriş xətləri qapalı yerdə olduğundan su təchizatının dayandırılması mümkün olmayıb. Müvafiq təşkilatdan icazə alındıqdan sonra küçədə qazıntı işləri aparılaraq binaya suyun veriməsi dayandırılacaq.
Yasamal rayonu Ümid Əkbərov küçəsindəki apartman tipli beşmərtəbəli yaşayış binasında isə sudan uçotsuz istifadə halı aşkarlanıb. Obyektin vaxtilə giriş sayğacı olsa da, sonradan nasaz vəziyyətə düşüb, sahibkar isə yeni sayğacın quraşdırlması ilə bağlı tədbir görməyib.
Debitor borcu olan və sudan uçotsuz istifadə edən binaların içməli su təchizatı dayandırılıb. Qeyd edək ki, bəzi yeni çoxmənzilli yaşayış binaları istismara qəbul edilmədiyindən həmin binalarda mənzillərin kodlaşdırılması mümkün deyil. Belə olan halda həmin binalar bir abonent kimi qeydiyyata alınır və sərfiyyat binanın girişində quraşdırılmış balans sayğacı ilə aparılır. Mənzillərdə suyun istifadəsi və ödəniş məsələləri isə mənzil tikinti kooperativləri ilə payçılar arasında tənzimlənir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti mənzil tikinti kooperativlərinə müraciət edərək mənzillərin kodlaşdırılması və sayğacların quraşdırılmasını təmin etməyə, həmçinin yığılmış debitor borcların ödənilməsinə çağırır. Debitor borcları birdəfəyə ödəmək mümkün olmadıqda razılaşma protokolu əsasında hissəli ödənişə imkan yaradılır. Debitor borclar ödənilmədiyi təqdirdə binaların su təchizatı dayandırlacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 22 saat əvvəl
-
22 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
