Dövlət şirkətinin sədri: "Afrika qitəsi də maraq dairəsindədir"
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qana Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüşüb.
Sədr iki ölkə arasında mövcud əməkdaşlığın güclənməsi istiqamətində diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkəmizdə xidmətə başlamasından məmnun olduğunu bildirən diplomat fəaliyyəti dövründə Azərbaycanla Qana arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi, iqtisadi münasibətlərinin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşün davamında Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında bəhs edib. Yarandığı dövrdən etibarən qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq edildiyi “AzerGold” QSC-nin beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Z.İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.
Səfir Oheneba Lesli Akua Akyaa Opoku-Vare dağ-mədən sənayesinin Qana iqtisadiyyatının lokomotivi olduğunu, ölkəsinin zəngin qızıl, almaz, dəmir filizi, manqan, xromit, neft-qaz, eləcə də hidroenerji resurslarına malik olduğunu bildirib. Xanım səfir ölkəsinin əsas ixrac məhsullarından olan qızıl resurslarının istismarı istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Z.İbrahimov Qananın dağ-mədən sektoru ilə bağlı müəyyən məlumatların araşdırıldığını qeyd edərək, potensial əməkdaşlıq prespektivləri, təcrübə mübadiləsi, mədənlərə qarşılıqlı səfərlər, investisiya qoyuluşlarının cəlb edilməsi məsələləri haqqında ətraflı bəhs edib. Qızıl mədənləri üzrə dövlət büdcəsindən asılılığını tam olaraq aradan qaldıran dövlət şirkətinin yeni və faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib.
Daha sonra leqal mədənçiliyinin təşviqi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)












