Azərbaycanda neft və qaz hasilatı azalıb
neft hasilatı 6,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalmışdır.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 4,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,0 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 74,1 faizi mədənçıxarma sektorunda, 20,5 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalmışdır.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı 80,3 faiz, poliqrafiya məhsullarının istehsalı 75,6 faiz, kağız və karton istehsalı 44,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 44,6 faiz, elektrik avadanlıqlarının istehsalı 30,9 faiz, geyim istehsalı 25,4 faiz, içkilərin istehsalı 24,1 faiz, tikinti materiallarının istehsalı 20,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 17,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,9 faiz artmış, qida məhsullarının istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,6 faiz, tütün məmulatlarının istehsalı 4,2 faiz, neft məhsullarının istehsalı 9,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,1 faiz, mebel istehsalı 18,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,5 faiz, hazır metal məmulatlarının istehsalı 24,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 37,7 faiz, əczaçılıq məhsullarının istehsalı 45,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 49,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,4 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
13 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
14 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
