"Bizə yaxşı dost və tərəfdaşlar lazımdır. Çünki hazırda Rusiyanın neft və qazından asılıyıq"
İlham Əliyev: Biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir.Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub.
Görüşdə çıxış edən Macarıstan Prezidenti Katalin Novak dedi:
- Bir daha, xoş gəlmisiniz. Nümayəndə heyətləri üzrxahlığı qəbul etsin, çünki görüş gözləniləndən çox çəkdi. Müzakirə edəcəyimiz məsələlər o qədər çox idi ki, hətta bu vaxtdan da artıq çəkə bilərdi. Lakin ümid edirik ki, gələn dəfə təkbətək görüş üçün daha çox vaxt ayrılacaq.
Gəldiyinizə görə hamınıza minnətdarıq. Macarıstana rəsmi səfərinizdən şəxsən şərəf hissi duyuram. Bilirəm ki, dünən artıq yaxşı proqramınız olub. Ümid edirəm ki, icra hakimiyyətinin rəhbəri, Baş nazirlə keçiriləcək görüşlə səfəriniz yaxşı davam edəcək. Mən isə dövlət başçısı olaraq dövləti təmsil edirəm.
Artıq qeyd etdiyim kimi, Siz nümayəndə heyətinin üzvləri ilə sarayın qarşısındakı meydanda qarşılanma zamanı tanış oldunuz. Lakin bizim yeni energetika nazirini hələ görməmisiniz. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ən mühüm məsələlərdən biridir.
Əfsuslar olsun ki, sizdə olduğu kimi, bizim də bəxtimiz o qədər gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır. Çünki bildiyimiz kimi, hazırda biz Rusiyanın neft və qazından asılıyıq. Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik. Bir sözlə, cənab Prezident, səfərinizə görə bir daha minnətdarıq.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:
- Təşəkkür edirəm, xanım Prezident. Dəvətə görə minnətdaram. Gözəl ölkənizə rəsmi səfərdə olmaqdan böyük şərəf hissi duyuram. Fürsətdən istifadə edərək, mən Sizə uyğun olan vaxtda sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istərdim və beləcə, biz dialoqumuzu davam etdirə bilərik.
Macarıstanda yenidən olmaqdan məmnunam. Qeyd etdiyiniz kimi, dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda, müzakirələrlə dolu görüşümüz oldu. Bu gün biz söhbəti davam edəcəyik.
Nümayəndə heyətinin bütün üzvləri mənim göstərişlərimi alıblar ki, ikitərəfli gündəlikdə duran mühüm məsələlərin həlli üçün öz həmkarları ilə daim əlaqədə olsunlar. Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 8 d. əvvəl
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Ən çox oxunanlar
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək























