“Terror aktının baş verməsi İranla əlaqələrimizə çox böyük ziyan vurdu”
“Teror aktının baş verməsi İranla əlaqələrimizə çox böyük ziyan vurdu”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov bildirib ki, bu ziyanın vurulmasında bütün məsuliyyət İran dövlətinin üzərinə düşür:
“İran dövlətində hələ bu hadisə baş verməzdən əvvəl antiazərbaycan mühiti yaranmışdı. Həm mətbuatda, həm ictimaiyyətdə. Biz dəfələrlə İran tərəfini xəbərdar etmişdik ki, bu şəraitdə normal münasibət saxlamaq mümkün deyil, bu mühitdən çəkinmək lazımdır. Mən bu fikri söyləməkdən çəkinmirəm ki, o mühitin yaranması da bu terror aktının baş verməsinə müəyyən rəvac verib”.
"İranın terror aktının ailə zəminində olmasını iddia etməsi absurddur, kifayət qədər sübutlar var”
“Terror aktının baş verməsindən dərhal sonra İranın bəzi strukturları terror aktının guya məişət zəminində baş verməyini insanlara sırımağa çalışdılar”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov bildirib ki, bu absurddur və ictimai fikri məsələnin əsas mahiyyətindən uzaqlaşdırır:
“Amma biləsiniz ki, bizim müvafiq orqanlarımızda cinayətin baş verməsi ilə bağlı kifayət qədər tutarlı sübutlar, materiallar var. Ona görə biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalıdır və öz layiqli cəzasını almalıdır.
“Azərbaycan beynəlxalq mexanizmlərdən istifadə etməyi planlaşdırır”
“Eyni zamanda təbii ki, belə məsələlərin həll olunmasında dövlətlər arasında əməkdaşlıq həyata keçirilir”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov bildirib ki, bu cinayətin açılması ilə əlaqədar Azərbaycan beynəlxalq mexanizmlərdən istifadə etməyi planlaşdırır:
“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa bu qərarı qəbul etdi ki, Tehrandakı səfirliyimiz təxliyə olunmalıdır. Əlbəttə hər hansı ölkədə səfirliyin diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox məsuliyyətli qərardır.
Amma siz bilməlisiniz ki, biz bunu İran tərəfinin də nəzərinə çatdırmışıq ki, bizim səfirliyimizin mühafizəsinin, səfirlikfə çalışan əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İran tərəfinə etibarımız, etimadımız, inamımız yoxdur.
Nə üçün bunu deyirik? Çünki dəfələrlə biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəmdəliklərinə qarşı İran ərazisində təhdidlər var. İran tərəfindən tələb etmişdik ki, mühafizə təhlükəsizlik tədbirlərini artırsınlar. dünən baş verən hadisə onu göstərir ki, İran buna etinasız, məsuliyyətsiz yanaşmış və bu terror aktı baş verib”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 39 d. əvvəl
-
- 52 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























