ACCA F7 (Maliyyə hesabatlılığı) kursu - qeydiyyat açıq elan edildi !
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi ACCA F7 (Maliyyə hesabatlılığı) hazırlıq kursuna qeydiyyatı açıq elan edir !
Kursun başlama tarixi: 22 yanvar 2017-cı il
Dərs günləri: Cümə axşamı və bazar günləri
Vaxt: 1) Cümə axşamı: 19:00 – 21:00
2) Bazar günləri: 10:00 – 14:00
Kursun məqsədləri:
-Maliyyə Hesabatlarının konseptual əsaslarının müzakirəsi və tətbiqi;
-Maliyyə Hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun şəkildə hazırlanması və tətbiqi;
-Beynəlxalq Maliyyə Uçotu Standartlarına əsasında bizneslərin birləşməsinə dair hesabat;
-Maliyyə Hesabatlarının analizi və interpretasiyası;
-İştirakçıların ACCA F7 imtahanından uğurla keçməsini təmin etmək.
Kurs iştirakılarda mühasibat uçotu standartlarının anlayışı və tətbiqi, həmçinin nəzəri, normativ baza qrupların və ayrı-ayrı şəxslərin maliyyə hesabatlarını hazırlaması sahəsi üzrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Kurs zamanı iştirakçılar həmçinin maliyyə hesabatlarının necə analizinin aparılmasını və interpretasiyasının edilməsini öyrənəcəklər.
Tələb olunan biliklər:
-İngilis dilinin orta səviyyədə (intermadiate) olması;
-ACCA F3 imtahanından keçmək
Təlimin ümumi qiyməti – 525 AZN
Qeydiyyatdan keçməyə və təklif etdiyimiz endirimlərdən yararlanmağa tələsin!
Fərdi şəxslər üçün endirimlər:
1) 07 yanvar tarixinədək qeydiyyatı yekunlaşdıran iştirakçılar (müqavilə imzalayan və ödənişi edənlər) üçün 375 AZN;
2) 14 yanvar tarixinədək qeydiyyatı yekunlaşdıran iştirakçılar (müqavilə imzalayan və ödənişi edənlər) üçün 425 AZN;
3) 21 yanvar tarixinədək qeydiyyatı yekunlaşdıran iştirakçılar (müqavilə imzalayan və ödənişi edənlər) üçün 525 AZN.
Korporativ müştərilər üçün endirimlər:
3-4 nəfər üçün - 10%
5-6 nəfər üçün - 15%
7-9 nəfər üçün - 20%
10 və daha çox şəxs üçün - 25%
Təlimçi: Etibar Süleymanzadə - Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. O, həmin illərdə təcrübəçi kimi Rabitə və Texnalogiya Nazirliyində, TuranBank ASC Xəzinədarlıq Departamenti ndə fəaliyət göstərmişdir.
Məzun olduqdan sonra KPMG Audit Departamentində Audit köməkçisi, audit kimi çalışmışdır. Maliyyə analizi və audit sahəsində 5 ilə yaxın peşəkar təcrübəyə malikdir. Hal- hazırda Gilan Holdinqdə Maliyyə departamentində çalışır.
Beynəlxalq dərəcədə tanınmış ACCA (Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) kvalifikasiyasının ACCA F1 (Accountant in Business) , ACCA F2 (Management Accounting) ACCA F3 (Financial Accounting) , ACCA F4 (Corporate and Business Law), ACCA F5 (Performance Managment), ACCA F6 (RUS taxation), ACCA F7 (Financial Reporting) və P2 (Corporate reporting) pillələri üzrə imtahandan uğurla keçmişdir.
Təlim haqqında ətraflı məlumat və qeydiyyat üçün: http://cmtc.gov.az/az/acca-f7-maliyye-hesabatligi
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
Telefon: (+994)12 498 16 77
(+994)70 272 99 79
(+994)55 672 99 79
E-mail: [email protected]
Web: cmtc.gov.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
12 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















