22.4 hektarda Füzuli Mərkəzi Parkı yaradılacaq - idman qurğuları, velosiped yolları...
Füzuli Mərkəzi Parkının ərazisində rahat və inklüziv idman infrastrukturunun yaradılması müzakirə edilibQarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Füzuli Mərkəzi Parkının ərazisində müasir, rahat və inklüziv idman infrastrukturunun yaradılması ilə bağlı idman sahəsinin və cəmiyyətin digər müvafiq nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, parkın layihəçisi “By Medgalchi” şirkətinin direktoru Hüseyn Medqalçı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Eldar Seyidov və Fidan Axundova, AR Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Maliyyə və maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, QDF-in donoru Avrora Qrup-un prezidenti Ceyhun Abbasov, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov, Sidney Olimpiya oyunlarının (2000-ci il) yüngül atletika üzrə iştirakçısı, sahibkar Faiq Bağırov, “AzFit” MMC-nin direktoru İbrahim Mirzəyev, “First Fitness” MMC-nin direktoru Fəyyaz İldırımzadə, eləcə də aidiyyəti qurumların nümayəndələri, idman mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. Bütün bu işlər Füzuli rayonunu da əhatə edir. Belə ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq burada multifunksional mərkəzi parkın salınması nəzərdə tutulur. Parkın salınması həm də ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verəcək.
Layihələndirilən park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.
Eyni zamanda park sahəsində istirahət və piknik zonaları, açıq yaşıllıq sahələri, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərlə yanaşı, müxtəlif yaş qrupları nəzərə alınmaqla idman məqsədilə istifadə ediləcək sahələrin, təbii hərəkətlilik və piyada gəzinti imkanlarının yaradılması məqsədi ilə rahat gəzinti və velosipedlər üçün yolların yaradılması da nəzərdə tutulub.
Fondun İdarə Heyətinin sədrinin sözlərinə görə, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bölgələrdə yeni yaradılan parklarda insanların idmanla məşğul olmaları üçün şəraitin yaradılmasının vacibliyini xüsusi vurğulayıb.
Rəhman Hacıyev qeyd edib ki, görüşün keçirilməsində də məqsəd Füzuli Mərkəzi Parkında idman infrastrukturunun yaradılması zamanı cəmiyyətin müxtəlif nümayəndələrinin maraq və gözləntilərini nəzərə almaqla, müxtəlif, o cümlədən, yaşlı və fiziki imkanları məhdud olan insanların idmanla məşğul olmaları üçün rahat və keyfiyyətli şəraitin yaradılmasıdır.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkında yaradılacaq idman infrastrukturu ilə bağlı görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edilib ki, 22.4 hektar ərazini əhatə edəcək parkda insanların idmanla məşğul olmaları üçün müxtəlif idman qurğularının, o cümlədən piyada, qaçış və velosiped yollarının, minifutbol və multifunksional idman sahələrinin, yaşlı, sabit fiziki və ya hissiyyat pozuntuları olan insanların da tələbatlarını nəzərə alan idman meydançalarının, müxtəlif təyinatlı idman qurğularının layihələndirilməsi nəzərdə tutulur.
Füzuli Mərkəzi Parkının pre-konsept layihəsi ilə tanış olan görüş iştirakçıları - Gənclər və İdman Nazirliyinin şöbə müdirləri Elnur Məmmədov və Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və digər iştirakçılar mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, dünyada ən tanınmış parklarda istifadə olunan yanaşmalar və həllərə istinad olunmasını müsbət qiymətləndiriblər.
İki saatdan artıq davam edən müzakirənin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev səsləndirdikləri fikir və təkliflərə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi ilə əlaqədar aidiyyəti maraqlı tərəflərlə (steykholderlərlə) analoji görüşlər davam etdiriləcək.
Xatırladaq ki, layihə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
7 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
7 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
7 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
7 saat əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
7 saat əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
8 saat əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
















