Bank sədri kitab yazıb - “Maliyyə iqtisadiyyatı” kitabının təqdimatı oldu
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə iqtisadiyyatı” kitabının təqdimatı keçirilib.
Universitetdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, kitabın elmi redaktoru rektor, professor Ədalət Muradov, məsləhətçisi Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev, müəllifləri UNEC-in professoru Zahid Məmmədov və Rabitəbankın İdarə Heyətinin sədri, dosent Aydın Hüseynovdur.
UNEC-in professoru Zahid Məmmədovun moderatorluğu ilə keçirilən təqdimatda rektor, professor Ədalət Muradov, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Rabitəbankın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev, dövlət və özəl qurumların rəhbərləri, professor və müəllimlər iştirak ediblər.
Rektor Ədalət Muradov müasir texnologiyaların tətbiqinin universitetlər qarşısında ciddi çağırışlar qoyduğuna diqqət çəkərək, universitetlərin texnoloji şirkətlər və real sektorlarla sıx əməkdaşlığının vacibliyini vurğulayıb. Ə.Muradov kitabın tanınmış tədqiqatçı və bank sektoru üzrə tanınmış idarəedicinin birgə məhsulu olmasını nəşrin əsas üstünlüyü kimi qiymətləndirərək, müəlliflərə təşəkkürünü bildirib. O, müasir tələbələrə cavab verən nəzəri və praktiki biliklərin tələbələrə balanslı şəkildə ötürülməsində “Maliyyə iqtisadiyyatı” kitabının mühüm rol oynayacağından əminliyini ifadə edib.
Rabitəbankın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev müasir çağırışlara cavab verən kitabın sadə və anlaşılan dildə yazılmasının tələbələr üçün önəmini vurğulayıb. O, tələbələrin maliyyə sahəsi üzrə bilik və bacarıqlarının artırılmasında kitabın özünəməxsus töhfələr qazandıracağını bildirib.
Kitabın həmmüəllifi, Rabitəbankın İdarə Heyətinin sədri dosent Aydın Hüseynov universitet-sənaye əməkdaşlığı nəticəsində ərsəyə gələn kitabdakı mövzuların əksəriyyətinin Azərbaycanda iqtisadi ədəbiyyat üzrə ilk dəfə işlənib və tədqiq edildiyini qeyd edib. Mövzuların hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə olunduğunu, anlayışların izahlı şərhinin isə müasir Azərbaycan bank sisteminin təcrübəsinə əsaslanaraq verildiyini deyib.
Milli Məclisin Komitə sədri Sadiq Qurbanlı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək, orijinallığı ilə fərqlənən kitabın maliyyə və bankçılıq sahəsi üzrə qiymətli əsər olduğunu diqqətə çatdırıb. Komitə sədri yaşıl maliyyənin günün tələbi olduğunu vurğulayaraq, yaşıl bankçılıq, yaşıl sığorta, yaşıl vergi və bu istiqamətdə digər sahələr üzrə kitabın hazırlanması təklifi ilə çıxış edib.
Təqdimat Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, BDU-nun kafedra müdiri, professor Kamil Səlimov və digər iştirakçıların çıxışları ilə davam edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























