İlk dəfə “Kapital Bank”ın cəmi illik əməliyyat gəlirləri 1 milyard manatı aşıb

“Kapital Bank” ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Kapital Bank” 2022-ci ili 308 milyon 47 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 179 milyon 963 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Kapital Bank”ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 128 milyon 84 min manat və ya 71,2% artıb. Xalis mənfəətin artması həm əməliyyat gəlirlərinin artması ilə əməliyyat mənfəətinin artmasından, həm də,mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin azalmasından qaynaqlanır.
2022-ci ildə “Kapital Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyard 3 milyon 289 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 29,5% və ya 228 milyon 272 min manat çoxdur. “Kapital Bank”ın cəmi əməliyyat gəlirləri 2021-ci ildə 775 milyon 17 min manat təşkil etmişdi.
2022-ci ildə “Kapital Bank”ın faiz gəlirləri 609 milyon 374 manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 28,5% və ya 135 milyon 193 manat çoxdur.
2022-ci ildə “Kapital Bank”ın qeyri-faiz gəlirləri 393 milyon 915 manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 30,9% və ya 93 milyon 79 min manat çoxdur.
2022-ci ildə “Kapital Bank”ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 542 milyon 827 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 33,7% və ya 136 milyon 704 min manat çoxdur. “Kapital Bank”ın əməliyyat xərcləri 2021-ci ildə 406 milyon 123 min manat təşkil etmişdi.
2022-ci ildə “Kapital Bank”ın faiz xərcləri 84 milyon 61 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 22,3% və ya 15 milyon 313 min manat çoxdur.
2022-ci ildə “Kapital Bank”ın qeyri-faiz xərcləri 458 milyon 766 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 36% və ya 121 milyon 391 min manat çoxdur.
“Kapital Bank”ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən 460 milyon 462 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 368 milyon 894 min manat olmuşdu. Beləliklə, Bankın əməliyyat mənfəəti 91 milyon 568 min manat və ya 24,8% artıb.
2022-ci ildə “Kapital Bank”ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 75 milyon 153 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 45,4% və ya 62 milyon 365 min manat azdır. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 137 milyon 518 min manat ayırmışdı.
"Kapital Bank" ASC 2022-ci ildə 77 milyon 262 min manat mənfəət vergisi ödəyib. Bank 2021-ci ildə 51 milyon 413 min manat mənfəət vergisi ödəmişdi.
BANKIN CƏMİ AKTİVLƏRİ 1,1 MİLYARD MANATDAN ÇOX ARTB
“Kapital Bank”ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 16,7 % və ya 1 milyard 112 milyon 641 min manat artaraq 31 Dekabr 2022-ci il tarixində 7 milyard 822 miylon 164 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 6 milyard 709 milyon 523 min manat cəmi aktivlərə malik idi.
“Kapital Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 19% və ya 505 milyon 209 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 3 milyard 157 milyon 769 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 2 milyard 652 milyon 560 min manata çatmışdı.
“Kapital Bank”ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 17,5 % və ya 906 milyon 206 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 6 milyard 98 milyon 625 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 5 milyard 192 milyon 419 min manat cəmi depozitlərə malik idi.
31 dekabr 2022-ci il tarixində “Kapital Bank” 801 milyon 637 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 659 milyon 937 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
22 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
22 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 22 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
