"2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni rekordlar ili olacaq"

2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar, yeni irəliləyiş göstəriciləri və yeni müsbət rekordlar ili olacaq.
Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Strategiyaya əsasən, yerli sığorta bazarının 2022-2026-cı illərdə böyümə hədəfi 10 faiz həcmində müəyyənləşdirilib:
"2021-ci ildə böyümə 16 faiz həcmində qeydə alındı. Hesab edirəm ki, 2022-ci ilin ümumi cari illik nəticələri açıqlanarkən böyümənin yenə 10 faizi ötəcəyini müşahidə edə bilərik. Çünki müsahibə ərzində də qeyd etdiyim kimi, yerli sığorta bazarı yeni və dayanıqlı inkişaf mərhələsindədir və sektorda davamlı artım trendi tam təmin olunmuş vəziyyətdədir. 2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar, yeni irəliləyiş göstəriciləri və yeni müsbət rekordlar ili olacaq. Sevindirici haldır ki, ölkədə sığorta vərdişləri tədricən və mərhələli şəkildə davamlı olaraq formalaşır. Əksər vətəndaşlarımız artıq qəbul edirlər ki, risk qaçılmazdırsa, sığorta da inkarolunmazdır. Çünki həyat sığorta ilə rahatdır".
2021-ci ildə də sığorta sektorunda müsbət nəticələr qeydə alınıb.
"Belə ki, sığorta yığımları 16 faiz artımla 844 milyon manata çatıb. Bu, rekord nəticə idi. Çünki bilavasitə bunun sayəsində sığorta sektorunun ümumi daxili məhsuldakı payı 1 faizə yüksəlmişdi. Hələ ilin əvvəlindən bu nəticələrə əsaslanaraq, 2022-ci illə bağlı verdiyimiz proqnozlar da il ərzində özünü doğrultdu. Belə ki, ilin əvvəlindən yığımlarda ötən illərdən fərqli olaraq volatillik yox, davamlı böyümə qeydə alındı. Cari nəticələrə nəzər salsaq, Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanmış ən son sığorta icmalına görə, yanvar-oktyabr aylarında sığorta yığımları 2021-ci ilin analoji dövrü ilə müqayisədə 92 milyon manat artaraq 797 milyon manat təşkil edib. Maraqlıdır ki, bu artımda icbari sığorta növləri ilə yanaşı, könüllü sığorta növləri də aktiv rol oynayıb. Hesabat dövründə yığımlarında ciddi artım olan sığorta növləri sırasında həyatın yaşam sığortası (artım 104 milyon manat), tibbi sığorta (artım 8,3 milyon manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (artım 7,8 milyon manat), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (artım 6,1 milyon manat), kasko sığorta (artım 2,2 milyon), səfər sığortası (artım 1,8 milyon manat) və s. sığorta növlərini misal göstərə bilərik. Haqqında danışdığımız 10 aylıq sığorta icmalına görə, sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 42 milyon manat azalaraq 359 milyon manat olub. Bu da o deməkdir ki, sığortalı predmetlərdə hadisələrin sayı azalıb. Hadisələrin sayının azalması isə sığortalıların qarşısıalınma tədbirlərinə daha ciddi və daha məsuliyyətli riayət etməsi ilə bilavasitə bağlıdır",- Elmar Mirsalayev bildirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
