Alkoqollu içki və tütün məmulatının reklamında hansı qaydalara riayət edilməlidir?
Reklam istehlakçının diqqətini əmtəəyə cəlb etməli, mal, iş və xidmət barədə məlumat verməklə yanaşı, fikir formalaşdırmalı, tələbat yaratmalıdır. Amma bəzi məhsullar var ki, onların reklam edilməsində xüsusi qaydalar mövcuddur. Spirtli içki, tütün məmulatları da məhz bu kateqoriyaya aiddir. Alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərinin bəzən “Reklam haqqında” Qanununun tələblərinə riayət etmədikləri üzə çıxır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam bazarında aparılan monitorinqlər zamanı məlum olur ki, bir sıra hallarda alkoqollu içkidən istifadə edən şəxsin ictimai nüfuz qazanacağı, müxtəlif sahələrdə uğurlar əldə edəcəyi, əhvalının yaxşılaşacağı barədə fikirlər yer alır.
Alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması barədə rəylərə də rast gəlinir. Mövcud qanunvericiliyə əsasən reklamlarda bu kimi hallara yol verilmir.
Qanuna əsasən, reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə, bu, haqsız reklam hesab olunur. Qeyd olunanları nəzərə alaraq sözügedən məhsulların reklamında müəyyən olunan qadağalara riayət edilməlidir:
- alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı barədə rəy formalaşdırılmamalı;
- alkoqollu içkilərdən istifadə etməyənlər nüfuzdan salınmamalı;
- alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması barədə rəy formalaşdırılmamalı;
- tündlük dərəcəsi yüksəldikcə, alkoqollu içkilərin keyfiyyətinin yüksəlməsi barədə fikir yaradılmamalı, susuzluğu yatırmaq vasitəsi kimi təqdim edilməməli;
- uşaqlar üçün verilişlərdə və dini proqramlarda alkoqollu içkilər reklam edilməməli;
- cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməməli;
- Teleradio proqramlarında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı saat 07.00-dan 23.00-dək yayımlanmamalıdır.
Qeyd edək ki, bəzi reklam daşıyıcılarında - dövri mətbu nəşrin üz və arxa qabığında, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda, nəqliyyat vasitələrinin üzərində və s. alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.
Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamında ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıq öz əksini tapmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.
Ölkəmizdə açıq məkanda reklam istisna olmaqla, reklam fəaliyyətinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. İstehlakçılar haqsız, qeyri-dəqiq və gizli reklam halları ilə üzləşdikdə Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)
