Azərbaycana ən böyük məbləğdə məhsullar Rusiya və Türkiyədən gətirilib
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 181 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 169 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 46633,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 35045,6 milyon dollarını və ya 75,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 11587,6 milyon dollarını (24,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 23 milyard 458 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artmışdır.
2022-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16,2 faiz, real ifadədə 6,0 faiz artaraq 2 milyard 386,0 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,5 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,2 faizi Rusiya, hər biri 3,8 faiz olmaqla Hindistan və Çin, 3,3 faizi İsrail, 3,0 faizi Yunanıstan, hər biri 2,1 faiz olmaqla Birləşmiş Krallıq və Xorvatiya, hər biri 2,0 faiz olmaqla Almaniya və İspaniya, 1,5 faizi Çexiya, hər biri 1,4 faiz olmaqla Portuqaliya və Gürcüstan, 1,2 faizi Ukrayna, 1,1 faizi Qazaxıstan, hər biri 1,0 faiz olmaqla ABŞ, İndoneziya,Vyetnam və Rumıniya, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 49,2 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, 4,6 faizini Hindistana, 4,4 faizini İsrailə, 3,9 faizini Yunanıstana, 2,7 faizini Xorvatiyaya, 2,4 faizini İspaniyaya, 2,2 faizini Birləşmiş Krallığa, 2,1 faizini Rusiyaya, 1,9 faizini Çexiyaya, 1,8 faizini Portuqaliyaya, 1,5 faizini Gürcüstana, hər biri 1,2 faiz olmaqla Tunis və Almaniyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə, İndoneziya və Rumıniyaya, hər biri 1,0 faiz olmaqla Vyetnam, Ukrayna və İrlandiyaya, 5,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (28,8 faiz), Türkiyəyə (24,4 faiz), Gürcüstana (6,9 faiz), İsveçrəyə (6,4 faiz), Qazaxıstana (3,1 faiz), ABŞ-a (2,7 faiz), Niderlanda (2,5 faiz), Rumıniyaya (2,0 faiz), Bolqarıstana (2,0 faiz), İtaliyaya (1,9 faiz), Özbəkistana (1,4 faiz), Ukraynaya (1,4 faiz), Hindistana (1,3 faiz), Belarusa (1,2 faiz), Çinə (1,1 faiz), Birləşmiş Krallığa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,5 faizi Rusiya, 15,8 faizi Türkiyə, 14,6 faizi Çin, 4,5 faizi Almaniya, 3,6 faizi Qazaxıstan, 3,4 faizi ABŞ, 3,3 faizi İran, 3,1 faizi Türkmənistan, 2,2 faizi İtaliya, 2,1 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Belarus, Koreya və Ukrayna, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Fransa və Hindistan, 1,3 faizi Braziliya, 1,1 faizi Finlandiya, 1,0 faizi Özbəkistan, 15,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2022-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən tütün ixracı 72,4 faiz, çay – 81,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 18,0 faiz, mineral gübrələr – 18,7 faiz, emal olunmamış alüminium – 31,7 faiz, qara metallardan çubuqlar – 45,3 faiz, sement klinkerləri – 12,2 faiz, qara metallardan borular – 33,0 faiz artmış, təzə meyvə ixracı isə 0,3 faiz, təzə tərəvəz – 5,0 faiz, kartof – 14,8 faiz, şəkər – 22,4 faiz, bitki yağları – 26,2 faiz, meyvə və tərəvəz şirələri – 11,0 faiz, meyvə və tərəvəz konservləri – 6,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 45,9 faiz, pambıq lifi – 37,1 faiz, polipropilen – 7,1 faiz, polietilen – 19,7 faiz, pambıq ipliyi – 51,2 faiz, qara metallardan yarımfabrikatlar – 45,2 faiz, bentonit gili – 1,4 faiz azalmışdır.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında buğda idxalı 7,4 faiz, xam şəkər – 0,3 faiz, təzə meyvə – 7,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 24,1 faiz, unlu qənnadı məmulatları – 10,0 faiz, çay – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 9,0 faiz, dərman vasitələri – 35,0 faiz, polad prokatı – 34,6 faiz, rezin şinlər – 0,7 faiz, sintetik yuyucu vasitələr – 9,8 faiz, məişət kondisionerləri – 42,8 faiz, mebellər – 9,1 faiz, polietilen – 69,9 faiz, qara metallardan çubuqlar – 14,4 faiz, avtobuslar – 87,6 faiz, polipropilen – 15,6 faiz, sement – 30,7 faiz artmış, bitki yağları idxalı isə 2,9 faiz, şokolad və şokolad məhsulları – 6,7 faiz, kartof – 3,7 faiz, mal əti – 28,4 faiz, təzə tərəvəz – 31,4 faiz, siqaretlər – 76,5 faiz, minik avtomobilləri – 17,5 faiz, qara metallardan borular – 14,0 faiz, hesablama maşınları, blok və qurğuları – 28,2 faiz, yük avtomobilləri – 10,6 faiz, mineral gübrələr – 28,0 faiz, paltaryuyan maşınlar – 24,1 faiz, qara metallardan künclüklər – 8,5 faiz, məişət soyuducuları – 41,2 faiz azalmışdır.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
6 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
6 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
8 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"







.jpg)







.jpg)






