Türkiyə 2023-də 60 milyon nəfər turist və 56 milyard dollar gəlir gözləyir
Türkiyə bu il əcnəbi turistlərin qəbulu proqnozuna yenidən baxıb - 50 milyondan 51,5 milyon nəfərə artırılıb.
Marja xəbər verir ki, bu barədə cümə axşamı ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy parlamentdə Nazirliyin 2023-cü il büdcəsinin müzakirəsi zamanı bildirib.
"Biz 2022-ci ilin sonu üçün hədəflərimizi yuxarıya doğru nəzərdən keçirdik - bu, 51,5 milyon turist və 46 milyard dollar turizm gəliridir",- nazir deyib.
Ersoyun sözlərinə görə, gələn il Türkiyə xaricdən 60 milyon turist qəbul və 56 milyard dollar gəlir əldə etməyi gözləyir.
İlkin olaraq Türkiyə 2022-ci ilin sonuna kimi 42 milyon turist qəbul etməyi planlaşdırırdı, lakin xaricdən axının artması səbəbindən planlar mütəmadi olaraq nəzərdən keçirilir. Oktyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin sonuna qədər Türkiyəyə 50 milyon turistin gələcəyini və turizm sənayesinin gəlirlərinin təxminən 40 milyard dollar təşkil edəcəyini açıqlamışdı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























