“SOCAR” brendli YDM-lərin sayı 44-ə çatdı
Sumqayıt şəhərində “SOCAR Petroleum” QSC-yə məxsus yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
“SOCAR Petroleum”un yaydığı məlumata görə, yeni açılan YDM ilə birlikdə ölkə ərazisində “SOCAR” brendli YDM-lərin sayı 44-ə çatdırılıb.
Şirkət nümayəndələrinin iştirak etdiyi açılış tədbirində “SOCAR” brendi altında fəaliyyət göstərən YDM şəbəkəsinin aktiv şəkildə genişləndiyi vurğulanıb, yeni YDM-in Sumqayıt şəhərində artan tələbatın və təkliflərin nəzərə alınmaqla istifadəyə verildiyi qeyd edilib.
YDM-lərin ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyi, bu xüsusda Sumqayıt şəhəri, Sülh küçəsi və Koroğlu prospektinin kəsişməsində yerləşən yeni məntəqədə 29 yeni iş yerinin yaradıldığı diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçıları YDM-in strukturu, burada yaradılan şərait və tətbiq olunan müasir avadanlıqlarla tanış olublar.
Türkiyə istehsalı olan son model yanacaqpaylayıcı kalonkaların quraşdırıldığı məntəqədə ümumilikdə 6 yanacaqpaylayıcı kalonka istifadəyə verilib. "Aİ-92", “Premium”, “Super” və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDM-də nağdsız satış üçün POS-terminallar fəaliyyət göstərəcək.
Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalına və şəbəkəsinə sahib olan “SOCAR Petroleum” ekoloji baxımdan əlverişli olan CNG yanacağının satışında ölkə üzrə liderdir. Şirkətin starateji inkişaf planı və müştəri məmnuniyyəti nəzərə alınaraq gələcəkdə YDM-lərin sayının artırılacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)









.jpg)








