Nissan avtomobilərinin satışı azalıb
Nissan Motor 2023-cü ilin martayında başa çatacaq 2022-ci maliyyə ili üçün xalis mənfəət proqnozunu yuxarıya doğru yeniləyib.
Marja xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor aprel-sentyabr dövrü balans hesabatı məlumatlarını və 2022-ci maliyyə ili proqnozlarını açıqlayıb.
Nissan-ın ilk 6 ayda xalis mənfəəti ötən maliyyə ilinin eyni dövrü ilə müqayisədə 61,8 faiz azalaraq 64,4 milyard yenə (440 milyon dollar) düşüb.
Rusiya əməliyyatlarının dayandırılması və bu ölkədən çıxmasının təsirləri Yapon şirkətinin xalis mənfəətinin azalmasına səbəb olub.
Gəlirlər 18,1 faiz artaraq 4,6 trilyon yenə (31,4 milyard dollar), əməliyyat mənfəəti isə 12,6 faiz artaraq 156,6 milyard yenə (1,07 milyard dollar) çatıb.
Çində Covid-19-un bağlanmaları və yarımkeçirici çip təchizatı problemi səbəbindən şirkətin qlobal avtomobil satışları 21,6 faiz azalaraq 1,57 milyon ədəd təşkil edib.
Nissan 2022-ci maliyyə ili üçün xalis mənfəət hədəfini 155 milyard yenə (1,06 milyard dollar) yüksəldib. Qlobal avtomobil satış hədəfini isə 3,7 milyon ədədə endirib.
Şirkətin satış gəlirlərinin 10,9 trilyon yen (74,6 milyard dollar) və əməliyyat mənfəətinin 360 milyard yen (2,46 milyard dollar) olacağı gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























