Baş mühasiblərin sertifikatın əldə edilməsi müddətlərində dəyişikliklər edildi
Baş mühasiblərin peşəkar mühasib sertifikatının əldə edilməsi müddətlərində dəyişikliklər edilib.
Marja xəbər verir ki, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin (publik hüquqi şəxs) baş mühasiblərinin peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri Nazirlər Kabinetinin Qərarına dəyişiklik edilməklə aşağıdakı qaydada müəyyən edilib.
Dəyişikliyə əsasən:
- Publik hüquqi şəxslərin 2023-cü il 1 yanvar tarixədək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabradək;
- Büdcə təşkilatlarının 2023-cü il 1 yanvar tarixədək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabradək;
- Publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il 1 yanvar tarixdən sonra işə qəbul edilən baş mühasibləri müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.
Qeyd edək ki, bundan əvvəl peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı aşağıdakı kimi müəyyən edilmişdi:
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;
- iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək;
- paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2023-cü il 30 dekabradək;
- qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2023-cü il 30 dekabradək;
büdcə təşkilatları üzrə:
- mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022-ci il 30 dekabradək;
- yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2023-cü il 30 dekabradək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)






