"Avropa İttifaqı Rusiya qazından asılılığı azaldıb" - Borrell
Borrell: "Biz bu asılılığın 40%-dən 7%-ə qədər azalmasına nail olduq".Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa Rusiya qazından asılılığını azaldıb, qaz idxalında Rusiyanın payı 40%-dən 7%-ə düşmüş, lakin başqa təchizatçılar axtarmaq lazımdır.
Marja.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinə qədər Avropa qazın 40%-ni Rusiyadan idxal edirdi.
"Biz bu asılılığın 40%-dən 7%-ə qədər azalmasına nail olmuşuq", - Borrel BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının Buenos-Ayresdə keçirilən iclasında deyib.
"Bu, bizi başqa təchizatçılar axtarmağa, bərpa olunan enerjiyə sürətli keçməyə məcbur edir və biz Latın Amerikasında bunları (imkanları) görürük", - Borrell bildirib.
Borrell regionda bərpa olunan enerjinin güclü və uğurlu inkişafını qeyd edib.
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya prezidenti Vladimir Putin daha əvvəl demişdi ki, Rusiyanın ucuz enerji resursları Avropa üçün rəqabət üstünlüyüdür və hətta onlardan qismən imtina etmək artıq onun iqtisadiyyatına və sakinlərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, Avropa ittifaqının Rusiyanın enerji və digər resurslarından tamamilə imtina etməsi Avropanın sənayesizləşməsinə gətirib çıxarır.
Enerji böhranına baxmayaraq, Avropa Rusiya Federasiyasına qarşı sanksiyaların gücləndirilməsi variantlarını, o cümlədən neft və qaz qiymətlərinə tavan həddinin tətbiqini müzakirə etməkdə davam edir. Bu bəyanatlarla bağlı Putin də dəfələrlə vurğulayıb ki, Rusiya qiymətləri məhdudlaşdıran ölkələrə enerji resursları ixrac etməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
26 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
35 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib












.jpg)







