Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

VTB (Azərbaycan)-ın xalis mənfəəti 2,4 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
VTB (Azərbaycan)-ın xalis mənfəəti 2,4 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin 3-cü rübünün maliyyə göstəricilərini açıqlayıb.

Bankın yaydığı press-relizdə bildirilir ki, 30 sentyabr 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 29.5 milyon manat, o cümlədən faiz gəlirləri – 18.6 milyon manat, qeyri-faiz gəlirləri – 10.9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 52.6%, qeyri-faiz gəlirləri isə 2 dəfə artıb.

Bank hesabat dövrünü 9.6 milyon manat xalis mənfəətlə bitirib ki, bu da ötən ilin üçüncü rübünün sonuna olan göstəricidən 2.4 dəfə çoxdur. 

Sentyabrın sonuna bankın kredit portfeli 156.1 milyon manat, depozit portfeli – 76.9 milyon manat təşkil edib. Onu da qeyd edək ki, fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 13.3% artıb. 

Bankın məcmu kapitalı ilin əvvəlindən 13.2% artaraq 77.8 milyon manat təşkil edib. 

 

 

 

26.10.2022 12:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18