Telejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda təlimlərə başlanılıb
Oktyabrın 10-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə telejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda təlimlərə başlanılıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, təlimin açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, keyfiyyətli kontent yaradılmasına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək.
Sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov televiziya mühitində çalışan jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev televiziya sahəsində jurnalistlərin ixtisaslaşmasının və belə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva belə təlimlərin media nümayəndələrinin biliklərinin artırılmasında və medianın ictimaiyyətə dolğun informasiya çatdırmasında əhəmiyyətini bildirib, ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə medianın inkişafının cəmiyyətimizə müsbət təsir göstərməsindən və bu istiqamətdə jurnalistlərin təcrübələrinin artırılmasının əhəmiyyətindən danışıb.
Təlimlərdə “Əl-Cəzirə” Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb “mobil jurnalistika”, “video jurnalistika”, “televiziya jurnalistikası” və s. mövzularda çıxış edəcək.
Oktyabrın 13-nə qədər davam edəcək təlimlərin məqsədi televiziyada xəbər istehsalının təkmilləşdirilməsi, rəqəmsallaşmanın stimullaşdırılması, audiovizual istiqamətdə xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsi və daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Rəsmi məzənnələr açıqlandı
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Ən çox oxunanlar
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















